12 avqust 2021 01:36
1177

“Delta” ştammına görə kollektiv immunitet işə yaramaya bilər

Kollektiv immunitet koronavirusun “Delta” ştammının yayılmasının qarşısını ala bilməyəcək. Bu fikri Oksford Universitetinin professoru və “AstraZeneca” preparatının yaradıcılarından biri Endryu Pollard açıqlayıb.

O bildirib ki, bu ştamm vaksin olunanları da yaxalayır. Onun fikrincə, kollektiv immunitet yaratmağın heç bir mənası yoxdur.

Xatırladaq ki, koronavirusun “Delta” ştammı ilk dəfə ötən ilin oktyabr ayında Hindistanda yayılıb. Bu ştamm digərlərinə nisbətən daha yoluxucudur.

Rusiyalı virusoloq Sergey Netesov isə bildirib ki, “Delta”ya qarşı kollektiv immunitetin yaranması üçün dünya əhalisinin 80 %-i peyvənd olunmalıdır.

Nubar Süleymanova, “İki sahil”