Mütəxəssislər qan qrupu və koronavirusun ağır və ya yüngül keçirilməsi arasında əlaqəni təsdiq ediblər. Bu haqda “New England” tibb jurnalında məqalə dərc edilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bəzi qan qrupundan olan COVID-19 daşıyıcıları digərləri ilə müqayisədə daha çox risk daşıyırlar.
Tədqiqatlar Çində, ABŞ-ın Kolumbiya Universitetində və İranın Mazandaran Universitetində aparılıb.
Mütəxəssislər COVID-19-un ağır gedişatının daha çox ikinci qan qrupundan olan insanlarda rast gəlindiyini açıqlayıblar. 2019-cu ildə koronavirusa ən çox yoluxma halı da cinsindən və yaşından asılı olmayaraq ikinci qan qrupundan olan insanlar arasında qeydə alınıb.
Nubar Süleymanova, “İki sahil”