14 avqust 2021 00:45
1517

Təravətli və gözəl olmaq üçün nə ilə qidalanmalı?

Xanımlar yaxşı xarici görünüş üçün sağlam tərkibli qidalar qəbul etmək məsləhət görülür. Yağ turşuları və vitaminlər saç və dərinin vəziyyətini yaxşılaşdırır. Bəs gözəl qalmaq üçün nə yemək lazımdır?

Yağlı balıq növləri

Belə balıqların tərkibi orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngin olur. Omeqa-3 tük köklərini sağlamlaşdırır, dərinin hamarlığını təmin edən kollagen hasilini çoxaldır.

Badam

Ekspertlər mütləq badamı rasiona daxil etməyi məsləhət görürlər. Badam həm beyinin işini gücləndirir, həm də bədəndən toksinlərin, zəhərli maddələrin təmizlənməsinə kömək edir. Badamın da tərkibində Omeqa-3, Omeqa-6 və E vitamini var ki, dəri və saçlar üçün əvəzedilməzdir.

Göyərti salatları

Göyərtilər qadınlarda erkən qırışların yaranmasının qarşısını alır, onları gəncləşdirir və enerjini yüksəldir. Bundan əlavə, saçlarda kəpək yaranmasının qarşısını alır. Göyərtilər C vitamini ilə zəngindir. Bu isə immunitetin və sinir sisteminin işini stimullaşdırır. İspanağı rasionunuza daxil etməklə gözəllik və təravət əldə edə bilərsiniz.

Dəniz kələmi

Bu məhsulda çoxlu miqdarda maqnezium, yod, dəmir, sink və s. kimi faydalı elementlər var. Daxili orqanların işini gücləndirməklə dəri və saçları da gözəlləşdirir.

Mütəxəssislər, həmçinin tərəvəzlər, giləmeyvələr, meyvələr, kakao və kətan toxumunu da mütləq rasiona əlavə etməyi məsləhət görürlər. Məhz bu sayılan məhsullar gəncliyin ömrünü uzatmağa kömək edə bilər. Onların tərkibi insanın həm xarici görünüşü, həm də daxili orqanlarının sağlam qalması üçün vacib elementlərlə zəngindir.

Nubar Süleymanova, “İki sahil”