13 avqust 2021 23:15
1201

Üzmək beyini gücləndirir - Alimlər

Amerikanın Mardi Hardin-Beylor Universitetindən olan tədqiqatçılar sübut ediblər ki, üzgüçülük beyinin koqnitiv bacarıqlarını yaxşılaşdırır.

Bu barədə “The Conversation” jurnalında dərc edilib.

Sübut üçün laboratoriya siçanları üzərində eksperimentlər aparılıb. Hər gün bir saata yaxın üzdükdən sonra onlar yaddaşla əlaqəli tapşırıqları yerinə yetirmək üçün labirintə buraxılıb.

Məlum olub ki, üzmək beyinin hipokampus adlanan əsas hissəsində iltihab proseslərinin qarşısını alır və hüceyrələri ölməyə qoymur. Bu idman növü uzunmüddətli yaddaşı gücləndirir və qocalıqla əlaqəli koqnitiv bacarıqların zəifləməsinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə üzgüçülük qaçış və velosipedlə yürüşdən daha üstün sayılır.

Nubar Süleymanova, “İki sahil”