Bu yazıda məşhurların həyatlarındakı qəribəliklərdən bəhs edəcəyik və bu barədə topladığımız maraqlı məlumatları təqdim edirik
Stenli Kubrik
Stenri Kubrik amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur.
"Parıltı","Şərəf yolu","Qurulan portağal"kim filmlərin rejissoru olan Stenli Kubrik böyük şöhrətinə baxmayaraq heyvanlara qarşı çox həssas olub. Onun etdiyi hərəkətlər bəzilərinə qəribə gəlsə də, lakin Stenli tutduğu yoldan heç zaman dönməyib. Məşhur bir gün stəkanına toxunan yaralı arıya yazığı gələrək onu baytarlıq klinikasına aparmışdı.
Leonardo Da Vinçi
Məşhur rəssam , mühəndis, yazıçı, heykəltəraş və ixtiraçı olan Lenardo Da Vinçi qəribə yuxu cədvəli ilə digər insanlardan seçilirdi. Qeyd edək ki, dahinin yuxu rejiminə görə, o hər dörd saatdan bir 15-20 dəqiqə yatırdı (ümumilikdə təxminən 2 saat). Günün qalan yarısını Leonardo Da Vinçi işləyirdi. Bu cür yuxu rejiminə çoxfazalı yuxu deyilir.
Volfqanq Amadeus Motsart
Məşhur bəstəkar nəcis haqqında danışmağı çox sevirdi. Hətta dahinin bir çox zarafatları bununla bağlı idi. Məhz buna görə bəstəkarın məktubları ədəbsiz sayılaraq uzun müddət dərc olunmadı.
Benjamin Franklin
Qeyri-adi hərəkətləri ilə seçilən ABŞ-ın prezidenti sevgi münasibətlərində də adətən özündən yaşca böyük qadınları seçərdi.Onun görüşdüyü qadınlar özündən 20-30 yaş böyük olurdular. Benjamin Franklinin fikrincə, bu cür qadınlar daha təcrübəli və təmkinli olurlar.
Benjamin Franklin ,həmçinin açıq pəncərənin yanında çılpaq oturaraq hava vannaları qəbul etməyi çox sevirdi . O, təmiz havanın insanı bütün xəstəliklərdən qoruduğuna inanırdı.
Salvador Dali
Salvador Dali hər bir zaman intim həyatı ilə seçilən məşhurlardan biri olub. Çünki rəssamın intim həyatı çox rəngarəng olub.O, gizli homoseksualizmdən əlavə, autoerotizmdən əziyyət çəkib. Yəni onun özünə qarşı hədsiz istəyi olub . Bunu rəssamın əsərlərindən də görmək mümkündür.
Lev Tolstoy
Məşhur rus yazıçısı Tolstoy cəmiyyətin yuxarı təbəqələrindən olsa da, lakin həmişə sadə insanların həyatı ilə maraqlanıb. Bütün sərvətindən imtina edən yazıçı kəndə köçərək orada yaşamağa başlayıb. O, hətta Nobel mükafatından imtina etmişdi. Onun sözlərinə görə, böyük sərvətə sahibi olmaq həddindən artıq çətindir və pul insanın həyatını tamamilə dəyişərək, ona yalnız bədbəxtlik gətirir.
Merlin Monro
Qalmaqallı aktrisa Merlin Monro öz qəribə vərdişləri və əsasən seksual münasibətləri ilə diqqət çəkən məşhurlar sırasındadır. Onun ən böyük qəribəliklərindən biri də o, olub ki, aktrisa alt paltarı geyinməyi xoşlamayıb. Aktrisanın düşüncələrinə görə, onun kimi ehtiraslı xanımların alt paltarı geyinməyi düzgün deyil.
Edvard Qriq
Romantik dövrün ən məşhur Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijor Edvard Qriq bütün dünyaya Henri İbsenin" Per Gyunt" dramına bəstələdiyi musiqi ilə tanınıb. İnsanlarla ünsiyyət qura bilməyən bəstəkarın ən böyük qəribəliklərindən biri o idi ki, pencəyinin cibində gildən düzəldilən qurbağa saxlayırdı. Hər tamaşa öncəsi pencəyinin cibindən qurbağanı çıxaran Qriq onun belindən sığallayırdı. Həmin qurbağa onun uğur gətirən talismanı idi.
Erik Sati
Məşhur fransız bəstəkarı və pianoçusu Erik Satinin bir çox qəribəlikləri var idi. Bu qəribəliklərdən biri o idi ki, Sati çox davakar insan idi. Sati dostları olan məşhur bəstəkarları bəzən tərifləyirdi, sonra da onları sərt şəkildə tənqid edirdi. Bəstəkar nəinki dostlarına , hətta qidalara qarşı çox seçici idi. O, yalnız ağ rəngdə olan məhsulları yeyirdi (yumurta, şəkər, duz, hindistan cevizi, düyü və s.) Hər gün eyni vaxtda oyanan bəstəkar, eyni vaxtda yemək yeyib,eyni vaxtda da yatırdı.
O, həmçinin çətir toplamağı çox sevirdi. Onun kolleksiyasında 100 -ə yaxın müxtəlif çətirlər var idi. Qeyri-adi dəst-xətti ilə seçilən məşhur heç bir dini qəbul etmirdi, çünki onun özünəməxsus inancları var idi.
Gi de Mopassan
Məşhur fransız yazıçısı Mopassanın ən zəhləsi getdiyi yer Eyfel qülləsi olub. Lakin buna baxmayaraq Mopassan öz istirahətini məhz bu qüllədə yerləşən restoranda keçirib. Bu haqda ondan soruşanda cavabı çox maraqlı olub: “Eyfel qülləsi yeganə yerdir ki, buradan Eyfel qülləsi görünmür”.
Virciniya Vulf və Fridrix Nitsşe
Bu iki məşhuru birləşdirən yeganə cəhətlərdən biri də odur ki, onlar əsərlərini ayaqüstü yazmağa üstünlük verirdilər. Məşhur yazıçıların düşüncələrinə görə, mükəmməl bir əsər yaratmaq üçün mütləq ayaqüstü durmaq lazımdır.
Mikelangelo Buonarroti
Mikelangelo Buanarroti məşhur i heykəltəraş, rəssam, memar, və italyan intibahının ən böyük rəssamlarından biridir. Qeyri-adi iş qrafiki ilə seçilən rəssam demək olar ki, bütün günü işləyirdi. O, aylarla çimmirdi, paltarını və hətta ayaqqabısını çıxarmadan yatırdı. Çox maraqlıdır ki, bu cür həyat tərzi sürən insan 89 yaşında vəfat etdi.
Çarli Çaplin
Çarli Çaplin gənc, yeniyetmə qızlara xüsusi maraq göstərib. Buna görə Çaplin insanlar tərəfindən hər zaman qınaq obyektinə çevrilib.
Albert Eynşteyn
Dahi fizik Eynşteyn həm də öz qəribəlikləri ilə məşhur olub. Bütün dünyada tanınan bu dahi gənclik illərindən başlayaraq heç vaxt corab geyinməyib. Bunun səbəbini isə qısa və konkret izah edib: “Mənim ayağımın baş barmağı uzundur. Corab geyinəndə həmin barmaq corabı deşir. Belə olan halda corab geyinməyə dəyərmi?”
Samirə Tağıyeva,"İki sahil"