Birləşmiş Krallıqda silsilə soyğunçuluqla məşğul olan şəxs xəttinin pis olmasına görə soymaq üçün getdiyi bankdan əliboş qayıdıb.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, 67 yaşlı təqaüdçü Alan Slatteri Birləşmiş Krallıqda İstborn bölgəsindəki 3 fərqli banka soyğunçuluq məqsədilə gedib. O, bank əməkdaşlarına üzəri yazılmış kiçik kağız parçası göstərib:
“Sizin kameranız mənim əlimdə saxladığım şeyi dayandıra bilməz. Onluq və iyirmilik banknotları ver. Digər müştəriləri düşün”- kağızda qeyd edilib.
Bankın əməkdaşları kağzıda yazılanları oxuya bilmədiyi üçün 67 yaşlı şəxs oradan uzaqlaşıb.
A.Slatteri getdiyi üçüncü bankdan isə 2400 funt-sterlinq (təxminən 5640 AZN) götürməyə nail olub.
O, növbəti cəhdində polislər tərəfindən saxlanılıb.
16 iyulda Leves Krallıq Məhkəməsində hakim qarşısına çıxarılan soyğunçu 6 illiyinə azadlıqdan məhrum edilib.