17 avqust 2021 00:24
1260

Yuxunuz şirin olsun

Bu şirinliyə çatmaq üçün hansı qaydalara əməl etməliyik?

Deyilənlərə görə, yuxu görməyən insan yoxdur.

Platona görə isə insanın yuxu görən zaman daxili orqanlarının xüsusilə də qaraciyərin fəaliyyəti artır.

Maraqlıdır ki, insan xoruldayarkən yuxu görmür.

Gördüyümüz yuxuların 90%-ni oyandıqdan 5 dəqiqə sonra unuduruq.

Yatmazdan əvvəl bir neçə dəqiqə nəfəsalma hərəkətləri etmək və ya meditasiya ilə məşğul olmaq lazımdır.

Heç bilirdinizmi ki, Elias Hove tikiş maşını iynəsini yuxuda kəşf edib. Bu zaman o, yuxuda onun üstünə iynə ucuna oxşar nizələrlə hücum edən qorxunc məxluqları görmüşdü.

Yatan zaman rahat geyinmək lazımdır. Corab geyinmək isə heç məsləhət deyil.

Heç vaxt yataq otağında yemək yeməyin.

Yatan zaman üzünüzü tamamilə ötrməyin. Bu, adətən nəfəsalmanı çətinləşdirir.

Yay aylarında açıq havada yatmaq çox faydalıdır. Yox, əgər küçə tozludursa, yağış yağırsa və ya havada rütubət çoxdursa o zaman qapalı məkanda yatmaq məsləhətdir.

Hind xalq təbabətinə görə, sol tərəf üstündə yatmaq həzmi rahatlaşdırır və insana enerji verir. Sağ tərəfi üstündə yatmaq isə orqanizmin təbii yolla isinməsinə səbəb olur.

Qədim yunanlar kürəyi üstündə yatmağı məsləhət görmürdülər. Onların düşəncələrinə görə, bu, beyin və ürək üçün çox zərərlidir.

Ən pisi qarnı üstə yatmaqdır. Bu cür yatış tərzi nəfəsalmanı tamamilə korlayır.

Qədim misirlilərin düşüncələrinə görə, günəş şüaları altında yatmaq zərərli, ay işığı altında yatmaq isə faydalı hesab edilir.

Oturaq vəziyyətdə yuxuya getmək orqanizm üçün çox zərərli hesab olunur. Bu zaman orqanizmin həzm prosesi ləngiyir və orqanizm halsızlaşır.

Qədim hinduların düşüncələrinə görə, günbatan vaxtı yatmaq orqanizm üçün çox zərərlidir. Bu, həzm prosesini çətinləşdirərək xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Günəşin ilk şüaları çıxan zaman yuxudan oyanmaq orqanizmin gücünü artırır, uzun müddət yatmaq isə insana mənfi enerji verir. Qədim hindular hesab edirdilər ki, gün batan zaman yuxuya getmək insana bədbəxtlik gətirir.

Heç bilirdinizmi ki, qədim zamanlarda yoqa ilə məşğul olanlara gündüz yatmağa qadağa qoyulub və yalnız xəstələrə günorta yatmağa icazə verilib.

Uilyam Şekspir gördükləri yuxuların əsasında öz əsərlərinin süjet və personajlarını icad edib.

Mədə dolu olduğu halda yatmaq rahat yuxunun qarşısını alır. Bu zaman həzm prosesi ləngiyir.

Havası təmiz olan otaqda yatmaq daha məsləhətlidir. Havasız və ya pis havası olan otaqda yatmaq orqanizm üçün çox zərərlidir.

Yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan əvvəl zəfəran və hind qozu əlavə edilmiş isti süd içmək, bədəni yağla massaj etmək, isti vanna qəbul etmək məsləhət görülür.

Samirə Tağıyeva, "İki sahil"