18 avqust 2021 01:57
1243

Şokoladı nə üçün sevməliyik?

Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir.

Şokolad südü 1700-cü illərin əvvəllərində Yamaykada icad edilmişdir və  irlandiyalı botanik Hans Sloan tərəfindən  istehsal olunmuşdur. Yerli əhali onu kakao paxlası adlandırırdı.  Susuzluğu yatırmaq üçün onlar bu paxlaları südlə qarışdırıb  kakao içkisi əldə edirdilər.

Əslində dörd növ şokoladın olduğu bilinirdi. Bəziləri  yalnız tünd, südlü  və ağ şokoladın mövcüd olduğunu düşünürlər. Lakin  təsadüfən yaranan sarı şokolad da var. Tərkibində 32 %  kakao olan sarı şokolad  növü daha yağlıdır.

Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara çox xeyirlidir. Belə ki,  şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir.

Məşhur dietoloqlar qeyd edirlər ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.

Ağ şokolad isə əslində  şokolad deyil. Ağ şokoladın tərkibində sadəcə kakao yağı var, lakin kakao tozu yoxdur. Bu yağ çox da dadlı  olmadığına görə, buraya  süd yağı, vanil və şəkər əlavə olunur.

Maraqlıdır ki, şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər. Bu zaman allergiyaya meyilli olan insanlar bu məhsuldan imtina etməlidir.

Sən demə, tünd şokolad ürəyin sağlamlığı üçün çox faydalıdır.Tünd şokoladın tərkibində antioksidan çoxluğu qan təzyiqini aşağı salır. Gündəlik 100 q şokolad istehlakı ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Dünyanın ən bahalı şokolad plitkası 687 dollara satılmışdır. Bu, "Cadbury" şokolad plitkası idi. 

Bütün zamanların ən tanınmış keyfiyyətli şokoladlarından biri "Frrozen Haute Chocolate"dir. Bu şokoladı 28 eqzotik  şokolad növlərindən, nadir tapılan kakao, qızıl yarpaq və üstündə bir" La Madeleina Au Truffle" dən   hazırlanıb.  Onun qabı qızıl və brilyantdan hazırlanıb. Qaşığı da  qızıldandır. Qabın ətrafında  isə sarı qızıl və almazdan olan bilərzik var.  Bu şokoladın qiyməti 25 min dollardır.

Şokoladdan  kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir.

1 milyon dollardan çox qiyməti olan "Le Chocolat Box" dünyanın ən keyfiyyətli şokoladlarındandır. Ancaq onu bu qədər bahalı edən şokoladın keyfiyyəti yox, qutusunda daş-qaşlardan istifadə edilməsidir.

Dünyanın şokolad istehlakının yarısından çoxu Avropanın payına düşür. "Forbes" jurnalının məlumatına gorə, İsveçrə, Almaniya və İrlandiya ən böyük şokolad istehlak edən ölkələrdir.

Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur.

Samirə Tağıyeva, "İki sahil"