17 avqust 2021 23:08
4936

Yeni “Bugatti”nin qiyməti açıqlandı

Öncədən eksperimental layihə olaraq hazırlanan "Bugatti Bolide"in seriya istehsalına başlanacaq.

“İki sahil” xəbər verir ki, hiperkar 8 litrlik 16 silindirli və 1600 at gücü olan mühərriklə təchiz ediləcək. Çəkisi 1240 kq olan avto 40 nüsxədə hazırlanacaq. Onun qiyməti isə 4 milyon avro təşkil edəcək.

Yeni "Bugatti"nin öz sifarişçilərinə çatdırılmasına 2024-cü ildən başlanacaq.