Əziz oxucular, yüksək texnologiyalar dünyasından ən son xəbərləri sizinlə bölüşməyə tələsirik. Beləliklə, yeni yüksək texnologiyalı məhsullar ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.
S Plaid Tesla
Bu ilin yayında Elon Musk daha bir rekorda imza ataraq, dünyanı bütün hibrid avtomobillərin ən sürətli modeli ilə tanış etdi. "S Plaid Tesla "adını daşıyan qeyri-adi dizayna malik olan bu sedanın qiyməti təxminən 130.000 dollardır. Əsasən elektrik ilə işləyən, 1.020 at gücünə ilə digərlərindən seçilən " S Plaid Tesla" nın maksimum sürəti 320 km / saatdır.
Ən sürətli internet
Bu gün Ümumdünya İnternet şəbəkəsi ünsiyyət, təhsil və onlayn iş üçün əvəzolunmaz bir vasitədir və məhz buna görə də provayderlərə olan tələblər durmadan artır. Bu ilin iyul ayında yaponlar, yüksək sürətli İnternet şəbəkəsi yaratmaq üçün rekord sürətə malik olan 3001 kilometr və 319 Tbit / s olan 4 nüvəli optik kabel yaratdılar. Dəqiqliyi ilə qeyd etsək, bu kabel 3001 kilometrdən çox məsafədə məlumatı saniyədə 319 terabit sürətlə ötürməyə imkan verir. Belə bir texnologiya möcüzəsi Milli Rabitə və Texnologiya İnstitutunun (NICT - Milli Rabitə və Texnologiya İnstitutu) mühəndisləri tərəfindən hazırlanmışdır. Bu kabelin xüsusiyyətləri haqqında ətraflı məlumatı NICT -in rəsmi saytında tapa bilərsiniz.
Bioyanacaq batareya
Bu ilin yayında Kaliforniya Universitetinin mühəndisləri qeyri -adi bir yeniliyə imza atmış oldular. Onlar tər ifrazatları sayəsində enerjini saxlayan bilən miniatür bioyanacaq batareya yaratdılar. Həmin cihaz insanın barmaq ucuna bağlanır və bir neçə dəqiqə ərzində onun smartfonunu enerji ilə doldurur.
Arıqlamaq üçün maqnit
Yeni Zelandiyada "Otago" universitetinin alimləri etdiyi ixtiraları ilə hər kəsin marağına səbəb oldular. Onların yaratdığı maqnitdən olan kilid insanları artıq kilolardan qurtulmağa kömək etmək üçün hazırlanmışdır. Dişlərə bağlanan bu kilid, ağzının bir neçə santimetrdən daha geniş açılmasına icazə vermir, bu da öz növbəsində sahibini yalnız sulu yeməklər qəbul etməyə vadar edir. Bu cihazdan istifadə edən bir çox insanlar qısa müddət ərzində artıq çəkidən azad olublar.
Süni ürək
Tibb və elm aləmində sevindirici bir hadisə baş verib. ABŞ -ın "Duke" Universitetinin Tibb Mərkəzində bir cərrah qrupu tarixdə ilk dəfə baş verən bir yeniliyə imza atıblar. Dəqiqliyi ilə desək, onlar ürək çatışmazlığından əziyyət çəkən 39 yaşlı kişiyə tamamilə süni ürək transplantasiyası ediblər. "Aeson"adlı süni ürək "Carmat" adlı fransız şirkətinin alimləri tərəfindən yaradılmışdır.
Deyilənlərə görə,yeni yaradılan bu protez tamamilə insan ürəyini təqlid edir. Dörd kameradan, iki mikro nasosdan, iki çıxışdan və dörd klapandan ibarətdir. Süni ürək heyvan mənşəli biomateriallardan hazırlanmışdır. Əməliyyat uğurla başa çatsa da, lakin xəstə tamamilə normal bir həyat sürə bilməyəcək. Həkimlərin sözlərinə görə, xəstə ömrü boyu özü ilə 4 kiloqram ağırlığında olan akkumlyatoru daşımalıdır. Onlar, həmçinin qeyd ediblər ki, 4 saat ərzində enerjini saxlayan bu batareya xəstənin həyatını tamamilə təmin edəcək.
Cihazın istifadə müddəti 5 il olsa belə, bu protezlə, demək olar ki, məhdudiyyətsiz yaşamaq mümkündür. Həmçinin qeyd edək ki, "Aeson" ürək fəaliyyətinin ritmini insanın gündəlik fəaliyyətinə görə uyğunlaşdıra bilir. Əminliklə deyə bilərik ki, fransız alimləri və amerikalı cərrahlar tibb dünyasında əsl sensasiya yaratmağı bacardılar.
Samirə Tağıyeva, "İki sahil"