19 avqust 2021 21:25
1171

Toyunda 10 gəlinlik geyinəcək

Nişanlısı, iş adamı Karter Reumla evlənməyə hazırlaşan müğənni və model Peris Hilton toy hazırlıqlarına başlayıb.

“İki sahil” xəbər verir ki, şou proqramlarından birində qonaq olan ifaçı mərasimin 3 gün davam edəcəyini və 10 fərqli gəlinlik geyinəcəyini açıqlayıb.

Qeyd edək ki, Peris Hilton Karter Reumla fevralda tropik bir adada nişanlanıb. Karter bir ildir birlikdə olduğu sevgilisinə 1 milyon dollar dəyərində brilyant üzük taxmışdı.