21 avqust 2021 00:58
1241

Alkoqol əleyhinə "maska"?

Alkoqolizm  spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və  ya fiziki asılılıqla, habelə, digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. Hal-hazırda dünyada spirtli içki qəbul edilməsi səbəbindən hər il 3,3 milyon insan ölür, bu da bütün ölümlərin 5,9% ni təşkil edir.

Kanadalı  alim Cozef Fişer  bəşəriyyətin ən önəmli  bəlalarından olan alkoqolizmdən azad omaq üçün   alkoqol əleyhinə olan "ağıllı maska" yaradıb. Oksigen "maska"sına bənzər cihaz xüsusi   elastik bir hortumla bağlanan  kiçik bir çamadanı xatırladır. Bu qeyri-adi cihaz  qısa  müddətdə  alkoqolu insan orqanizmindən xaric edir.  Qeyd edək ki,  təzyiq göstəricisi olan parlaq mavi bir çantada oksigen deyil, sadəcə adi bir karbon qazı var. "Maska"nın içinə düşən bu qaz insanı  tez -tez  nəfəs almağa vadar edir. Kanadalı alim qeyd edib ki, onun yaratdığı cihaz orta hesabla 2-3 saat əvəzinə cəmi 45 dəqiqə ərzində insan orqanizmindəki spirtin miqdarını yarıya endirir. Təəssüf ki, maskanın qiyməti çox bahadır və hər kəs onu əldə edə bilmir. (təxminən 15 min dollar)

Samirə Tağıyeva, "İki sahil"