23 avqust 2021 18:55
1546

“Pis” xolesteroldan dərmansız da qurtulmaq olar

Düzgün qida rasionu orqanizmi heç bir dərman vasitəsi olmadan pis xolesteroldən təmizləməyə qadirdir. Ağır yağlarla hazırlanan qidalar orqanizmə zərərli maddələrin yığılmasına səbəb olur. Bu siyahıya kolbasa və sosislər, fastfud, yağlı ət və çox yağda qızardılmış yeməklər aiddir. Belə yeməklərdən imtina orqanizmdə xolesterol səviyyəsinin normallaşmasına şərait yaradır. 

Dietoloq Dürdanə Keskiner bildirib ki, kəpək, kəpəkli çörək və paxlalı bitkilərlə zəngin olan bir pəhriz qan damarlarını pis xolesteroldan təmizləyir. Keskiner, qoz -fındıq, meyvə -tərəvəz, zeytun yağı və təbii çayın da zərərli maddələrin bədəndən atılmasına kömək etdiyini söyləyib. 
 Amerikalı elm adamları isə bu yaxınlarda "pis" xolesterolu "yaxşı" ilə əvəz etməyin yolunu tapmışdılar. Onların fikrincə, Omega-3 ilə zəngin qidalar bu maddənin bədəndəki balansını normallaşdıra bilər. Ən çox qırmızı balığın tərkibində çoxlu doymamış yağ turşusu var.

Nubar Süleymanova, “İki sahil”