23 avqust 2021 19:11
1283

Ağıllı insanların beş göstəricisi

Digər insanların yanında ağıllı görünməyə hamı çalışır, ancaq əsl intellektualı bu beş cəhətdən ayırd etmək olar:

Yüksək zəkaya malik bir insana işarə edən ilk cəhət bilikdir. Ağıllı insanlar müxtəlif kitablardan, jurnallardan və məqalələrdən götürdükləri geniş bir biliyə malikdirlər. Onların topladığı məlumatlar beyinin inkişaf etməsinə kömək edir.
İkinci əlamət, ağıllı adamların buraxdıqları səhvləri etiraf edə bilmələridir. Belə insanlar səhvlər üzərində çalışaraq yeni bir şey inkişaf etdirə və öyrənə biləcəklərini başa düşürlər. Axmaq insanlar səhvlərini inkar etsələr də, onları etməyə davam edirlər.

Bundan əlavə, ağıllı insanlar müəyyən bir məqsəd üçün söhbət edirlər. Faydalı olmayan ünsiyyətdə vaxt itirmirlər. Axmaq insanlar ümumiyyətlə boş yerə danışmağı sevirlər.

Ağıllı insanlar tək qaldıqda özlərini yaxşı hiss edirlər, çünki düşüncələri ilə tək qalmağı xoşlayırlar. Belə dövrlərdə təcili bir şey düşünə və planlar qura bilirlər. 
Ağıllı insanlar ümumiyyətlə tanımadıqları adamlara söyüş söyməzlər. Təmkinli olurlar, mədəni şəkildə danışırlar və həmsöhbətinə aydın şəkildə məlumat verirlər. Özünə qarşı yaxşı münasibət qazanmaq üçün heç vaxt buna yol vermirlər.

Nubar Süleymanova, “İki sahil”