24 avqust 2021 01:57
1693

Tarixdə nələr olub?

Məşhur tarixçi Herodotun verdiyi məlumatlara görə, Misir və İsrailin arasında baş verən müharibədə Misir hakimi I Psammetikin İsraildə İsdudun qalasını 29 il davam edən mühasirədə saxlayıb. Bu da tarixə ən uzunmüddətli mühasirə kimi düşüb.

1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı var.

Böyük Britaniya və Zanzibar(hal-hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlamış və cəmi 38 dəqiqə davam etmişdir. Həmin gün admiral Rousonun komandanlığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ultimatum təqdim etdi.Ultimatum dənizdən açılan qısa bombardmandan sonra qəbul olundu və bundan sonra müharibə başa çatdı.

Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş yüzillik müharibədir. O, 115 il- 1337-1452-ci ilədək davam etmişdir.

Rusiyanın apardığı müharibələrdən ən uzunmüddətlisi Qafqaz müharibəsi olmuşdur. Məqsədi Dağlıq Dağıstanı,Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü ilədək davam etmişdir.

İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 milyon olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar idilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı hərbi döyüşdə də  8.668.400 adam itirmişdir.

Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 milyona  yaxın insanın ölümünə səbəb oldu. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran  Xun Sutsuan başçılıq edirdi.Onun ordusu "Taypin tyanqo" adlanırdı və tərcümədə "Səmavi rifah dövləti" mənasını verir.

SSRİ-də ən çox mükafatı  L.İ.Brejnev almışdır.Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda»ali hərbi ordeni,8 Lenin,2 Oktyabr İnqilabı,2 Qırmızı Bayraq,Boqdan Xmelnitski,I dərəcəli Vətən müharibəsi,Qırmızı ulduz ordenləri,SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu,xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı.

Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir.O,58 mükafata,o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına, hərbi kompaniyalarda iştirakına görə 18 ulduz almışdır.O,İkinci Cahan savaşı zamanı Şərəf ordeni ilə də təltif edilmişdir.

ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən SSRİ-nin hərbi xərcləri 80-ci illərin sonunda 13%-dən 17%-ə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞ-dan 3 dəfə çox idi.

Ekvatorial Qvineyasının prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar vermişdi.Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir.

Dünyada ən  ağır bomba kimi tanınan "Qrand sxem" 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən tətbiq edilmişdir. Onun çəkisi 9975 kq,uzunluğu 8 m idi. Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiryolu körpüsünə atılmışdır. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxarmışlar.

Dövrümüzün nəhəng müharibəsi  1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşurdu. İngilislər döyüşdə 14 gəmi və 6097 adam itirmişlər.Almanların itkisi isə 11 gəmi və 2545 adam olmuşdur.

Dünyada ən çox sualtı qayıqlara malik Sovet İttifaqı olmuşdur( təxminən375) .Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ isə 80-cı illərin sonunda 92 atom sualtı qayığına sahib idi.

Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olmuşdur.1989-cu ildə onun sayı 4.258.000 nəfər idi.Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi.

Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurmuşdur. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olmuşdur.

II Dünya müharibəsində vurulan təyyarələrin sayına görə rekord say(352 təyyarə) alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet pilotu İvan Kojedub-62, ingilis pilotu,kral HHQ-nin polkovniki Edqar Conson -38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O,6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 rəqib təyyarəsi vurub.

Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmilərini batırmışdır. O,bir yürüş zamanı 54 sualtı qayığı məhv etmişdir.

Samirə Tağıyeva, "İki sahil"