24 avqust 2021 13:46
1283

COVID-19-un bütün mutasiyalarına qarşı davamlı antitel aşkar olunub

Sent-Luisdəki (ABŞ) Vaşinqton Universiteti Tibb Məktəbinin tədqiqatçıları təcrübə zamanı məlum olan bütün COVID-19 mutasiyalarını zərərsizləşdirə bilən bir antitel kəşf ediblər. Nəticələr universitetin rəsmi saytında dərc edilib.

Tədqiqatçılar 43 növ antitel nümunəsi götürərək onların effektivliyini təhlil ediblər. Əldə edilən məlumatlara görə, 9 antitel digərlərindən daha “güclü” seçilib. Ən təsirli antitel isə “SARS2-38” seçilib. Bu antitelin bütün yayılan ştammlara “Alfa”, “Beta”, “Qamma”, “Delta”, “Kappa”, “Yota”ya qarşı çox yaxşı mübarizə apardığı müəyyən edilib.

Nubar Süleymanova, “İki sahil”