24 avqust 2021 14:42
1331

Qarpızın koronavirus xəstələri üçün faydası

“Rosiya 1” telekanalında ekspertlər qarpızın koronavirus xəstələri üçün faydalarını açıqlayıblar. Onlar koronavirusa yoluxan insanlara mütləq bu yay qarpızını yeməyi məsləhət görüblər.

Virus infeksiyaları zamanı insanlarda yüksək temperatur və intoksikasiya simptomları olur və iştah kəsilir. Bu mənada qarpız çox yerinə düşür, çünki qarpız yüngül qidadır. O, həm də maye mənbəyidir, detoks xüsusiyyətinə malikdir. Sadə karbohidratlarla zəngin olan qarpız anındaca orqanizmin ehtiyaclarını ödəyir”,-deyə həkim Aqapkin bildirib.

Mütəxəssislər yeməzdən əvvəl mütləq qarpızı axar su altında sabunla yumağı məsləhət görüblər.

Nubar Süleymanova, “İki sahil”