"Santa-Barbara"
Ən məşhur seriallardan olan "Santa-Barbara" 2137 seriyadan ibarətdir. Davamlılığı 66 gün 18 saat 45 dəqiqə və ya 96165 dəqiqədir. Süjeti Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan dörd ailənin ətrafında dövr edir.Serial yay olimpiadası ərəfəsində başlamışdı və o qədər də diqqət cəlb etməmişdi. İlk bölümlərin reytinqi o qədər aşağı idi ki, onu dayandırmaq istəyirdilər. TV seriala daha bir şans verdi və ssenari yazarları ər- arvad Cerom və Bricit Dobsonlar lazımsız süjetləri yığışdırmaqla seriala yeni ruh verə bildilər.
Serial Santa- Barbara şəhərində yaşayan varlı Kempvellər ailəsinin tarixçəsi üzərində qurulmuşdu. Daha sonra bura Lokrici, Perkins, Andrade, Bleyk, Kastilyo, Di Napoli, Uokerr ailələri də qoşuldu.
Serialın son bölümü 1993-cü ilin 15 yanvarında efirə getdi. Son zamanlar insanlar tərəfindən baxılmayan serialı artıq nə sevimli qəhrəmanların ölümü, nə də başqa gözlənilməz süjet dəyişiklikləri xilas edə bildi.
"Qonşular"
ABŞ-da çəkilən məşhur "Qonşular"serialı 5870 seriyadan ibarətdir. Süjet xətti olduqca sadə olan serial adından da göründüyü kimi qonşular və onlar arasındakı münasibətlərdən bəhs edir.
"Gecəyə az qalmış"
ABŞ-da çəkilən digər məşhur və intriqalar ilə dolu serial 6234 seriyadan ibarətdir.1956-1984-cü illərdə ekranlarda yayımlanan bu serialın bir seriyası təxminən 25 dəqiqə davam edirdi. "Gecəyə az qalmış" serialının süjeti digərlərindən çox fərqlənir.
Serialın məzmunu cinayətlərin araşdırılmasına əsaslanır. 1980-ci ildə həmin serial ABŞ-da mükafat aldı, sonra Rusiyada da nümayiş olundu. Serialda Julian Mur, Roy Şauder, Martin Şin , Marcia Kros, Hector Elisondo və Skot Glen kimi məşhur aktyorlar rol aldı. Həmçinin, qeyd edək ki, bu, dünyada detektiv xarakterli və istintaqlara həsr olunan ilk serialdır.
"Başqa dünya"
Kino tarixində uğursuz seriallardan sayılan "Başqa dünya" 8872 seriyadı. Serial ilk dəfə qadağan olunmuş abort məsələsinə toxunmuş, qalmaqallara görə kommersiya iflasına uğramışdı.1964-cü ildən yayımlanan bu serial 1999-cu ilə qədər yayımlandı. Hadisələr Bant Bay City-nin uydurma şəhərində baş verir. Hekayə, müxtəlif insanların gündəlik həyatından bəhs edir. Bu serialda bir çox aktyorlar çəkilib. Məsələn, Brad Pit, Morgan Friman, Erik Roberts, Rey Liotta, Joe Morton, Anne Heche.
"Cavanlar və ədəbsizlər"
9366 seriyadan ibarət olan serial hələ də davam edir. Süjet Qenue şəhərinin moda biznesi ilə məşğul olan iki varlı ailə üzərində qurulub.
"Mənim uşaqlarım"
1970-ci ildə yayınlanmağa başlayan bu serial 10333 seriyadan ibarətdir. Serial Pensilvaniyadakı Pine Vadisində yaşayan adi insanlardan bəhs edir. 1983-cü ildə filmdə narkotik və QİÇS problemi göstərildi. Nəticədə, serial 70-80-ci illərdə populyarlığını itirdi. Serialda Elizabet Taylor, Sarah Mişel Gellar, Mişa Barton, Lauren Holli və Kristian Slater kimi ulduzlar çəkilib.
"Yaşamaq üçün bir həyat"
Serial 10625 seriyadır, ümumi vaxtı 221 gün 8 saat 30 dəq və ya 318750 dəqiqədir. Bu, rasizm və narkomaniyadan bəhs edən ilk serialdır. Süjet xəttini uydurulmuş Lanvyu şəhərciyinin bəzi sakinləri üzərində qurulub.
"Dünya necə fırlanır"
Serial 13763 seriyadan ibarətdir. Süjeti Okdeyl şəhərciyinin sakinləri, məişət problemləri və arzuları üzərində qurulub. Serialda Martin Şin və Meq Rayan kimi məşhurlar çəkiliblər.Süjet əyalətdəki Oakdale şəhərinin həyatından bəhs edir.
"Yol göstərən işıq"
1937-ci ildə ilk dəfə radioda yayımlanan, 52 il sonra isə ekranlara çıxan “Yol göstərən işıq” serialı ilə müqayisədə “Santa-Barbara” qısa süjetli film təsiri bağışlayır. Bu serial indi də yayımlanır. Artıq onun 15 mininci seriyası nümayiş olunub. Serialın ssenari müəllifləri bildirmişlər ki, bu ekran əsəri həyatın özünü əks etdirdiyi üçün onun nümayişini dayandırmaq fikirləri yoxdur. Televiziya tarixində ən uzun serial olaraq "Ginnesin rekordlar kitabı"na daxil edilib. Serial Çikaqoda yaşayan keşişin həyatından bəhs edir.
Samirə Tağıyeva, "İki sahil"