Britaniyalı alimlər dünyanın əsl rəngini müəyyən ediblər. Uzunmüddətli tədqiqatlar nəticəsində məlum olub ki, dünyanın rəngi qara deyilmiş.
Liverpul elmi-tədqiqat institutunun astrofizika üzrə mütəxəssisləri eksperimentin nəticələrini “LiveScience” jurnalında dərc ediblər. Xüsusi kompyuter proqramları ilə kosmik spektri və rəngi müəyyənləşdirən alimlər cahanın boz tonlarda olduğunu açıqlayıblar. Bu rəng ağa yaxındır və görünən işığın dalğa uzunluqlarının məcmusudur. Yaranan rəng məşhur qəhvə içkisinin adına uyğun "kosmik latte" adlandırılıb.
Bundan əlavə, isveçli futurist Kərim Cebari mümkün qiyamət ssenarilərini də proqnozlaşdırıb. Onun fikrincə, dünyanın sonu yalnız planetdəki səthin iqliminin temperaturu 400 dərəcəni keçdiyi, Venera ilə eyni hala gələcəyi təqdirdə ola bilər.
Nubar Süleymanova, “İki sahil”