Otaq kondisionerləri insanların sıx olduğu yerlərdə koronavirusun yayılma riskini artırır. "TASS”a müsahibəsi zamanı yoluxucu xəstəliklər üzrə rusiyalı mütəxəssis, professor Vladimir Çulanov belə deyib.
Ekspertin fikrincə, kondisionerdən imtina edib, təbii havalandırmaya üstünlük vermək lazımdır.
Fakt budur ki, split sistemlərin işləməsi zamanı hava kütlələri resirkulyasiya edir, lakin xaricdən hava alınmır.
"Bu, hava mübadiləsinin sürətinin azalmasına gətirib çıxarır, otaqda incə hissəciklərin yığılmasına, yayılmasına və infeksion aerozolun yüksək konsentrasiyalarının saxlanmasına kömək edir", - ekspert qeyd edib.
Mədəniyyət müəssisələri, mağazalar, tibb təşkilatları, ictimai nəqliyyat kimi insanların sıx olduğu yerlərdə bu təhlükəli xəstəliyin yayılma riskini azaltmaq üçün otağı mütəmadi olaraq havalandırmaq lazımdır. Çulanov, fərdi qoruyucu vasitələri də unutmamağı xüsusi vurğulayıb.
Nubar Süleymanova, “İki sahil”