26 avqust 2021 14:13
1060

“Samsung” bütün dünyada televizorlarını uzaqdan blok edə biləcək

Cənubi Koreyanın “Samsung” şirkəti uzaqdan televizorlarını idarə etmək iqtidarında olacaq. Şirkət bu məqsədlə hazırlanmış texnologiyanı təqdim edib. Məlumatı “Bleeping Computer” portalı yayıb.

Şirkət nümayəndələri iddia edirlər ki, bu funksiya təhlükəsizliyi artıracaq və TV panellərin oğurlanmasının qarşısını alacaq. Funksiya yalnız müvafiq satınalma sənədləri olan sahiblər tərəfindən istifadə edilə bilər.

Şirkət, TV Blok texnologiyasının necə işlədiyini izah edib. TV İnternetə qoşulduqdan sonra, alqoritm oğurlanmış və ya itmiş məhsulların siyahısındakı cihazın seriya nömrəsini yoxlayacaq. Məlumat uyğun gəlsə, proqrama TV panelinin sahibinə qanunsuz olaraq gəldiyi bildiriləcək və bundan sonra bütün funksiyaları söndürüləcək.

Yeni proqram bütün Samsung televizorlarında olacaq. İnsanlar bu markanın televizor panellərini artıq oğurlaya bilməyəcəklər. TV Blok Cənubi Afrikada lazım olan sınaqdan keçirilib.

Nubar Süleymanova, “İki sahil”