26 avqust 2021 17:22
3019

Mikroblar nədən yaranır?

Ənənəyə görə, ev xanımları dəhliz və sanitar qovşağın evin ən tez-tez çirklənən hissəsi hesab edirlər və onların təmizliyinə daha çox diqqət yetirirlər. ABŞ alimləri tərəfindən aparılan araşdırmalara görə, əslində mikrobların daha çox olduğu yerlər bunlardır:

Soyuducu

Çoxumuz müasir texnikaya hədsiz dərəcədə inanaraq, qida məhsullarının saxlanma qaydalarına lazımi qədər riayət etmirik. Çox zaman süd, ət məhsullarının, yarımfabrikatların saxlama müddətinə diqqət yetirmirik, istehsalçının xəbərdarlığına baxmayaraq, konservləri açıq şəkildə soyuducuda saxlayırıq.Halbuki bunu etmək düzgün deyil. Biz bəzən çiy və bişirilmiş məhsulları bir-birinin yanında yerləşdiririk, soyuducunun qənaətli iş rejiminə keçiririk. Məhz  belə şərait mikroblar üçün daha əlverişlidir. Nəticə isə aydındır – bağırsaq infeksiyaları, qida zəhərlənmələri.

Mətbəx avadanlığı

Tərəvəz və meyvələri bəzən diqqətlə yuyulmur, bu zaman nəinki zəhərli kimyəvi maddələr, həmçinin onlara verilmiş üzvi gübrələrdən yaranan mikroblar təhlükəli sayılır.

Paltaryuyan maşın

 Amerikalılar artıq xeyli vaxtdır ki, minimal dövrədən istifadə edərək  paltarları soyuq suda yumağa üstünlük verərək, pullarına qənaət edirlər. Eləcə də bir çox geyim əşyalarının ütülənməsini vacib hesab etmirlər. Sən demə, mikrobların çoxu məhz bu şəraitdə çoxalır və camaşırların üzərində qalırlar.

Samirə Tağıyeva, "İki sahil"