Avtomobil
"Peel P50" dünyanın ən kiçik avtomobili kimi tanınmaqdadır. 1962 -ci ildə istehsal olunan bu avtomobil dar küçələrdə gəzmək üçün ideal vasitə kimi insanlara təqdim edildi. Çox maraqlıdır ki, "Pell P50"nin ölçüləri 137 santimetr, eni 99 santimetr və çəkisi isə cəmi 58 kiloqramdır. Bu kiçik avtomobili istehsal edən "Peel" mühəndislik şirkəti qeyd edib ki, bu avtomobilə bir sərnişin və onun alış -veriş çantasını yerləşdirmək olar.
Kiçik köhnə avtomobilləri sevirsinizsə, yenidən "P50" ala bilərsiniz. "Peel Engineering"şirkəti 2010 -cu ildə sifarişlə P50 istehsal etməyə başladı.
Odlu silah
İsveçrədə istehsal olunan tapança sadəcə öz ölçüləri ilə yox, həm də qiyməti ilə görənləri heyrətləndirir. Hər nə qədər oyuncağa bənzəsədə , bu tapança əslində bir canlını öldürməyə qadirdir.
Uzunluğu kibrit çöpündən daha kiçik olan tapança tam işlək vəziyyətdədir. 6 güllə tutan tapançadan ardıcıl atəş açmaq mümkündür. Ölçülərinə gəldikdə isə bu tapançanın uzunluğu 5 santimetrdən bir az çoxdur. Hündürlüyü 3.5 sm, qalınlığı isə vur-tut 1 santimetrdir. Təsadüfi deyil ki, işlək vəziyyətdə olan bu cırtdan revolver dünyanın ən xırda tapançası və odlu silahı kimi "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.
Qeyd edək ki, bu silahın qiymət 450 min dollardır.
Kompüter
Dünyanın ən kiçik kompüteri Miçiqan Micro Mote (M3) adlanır. Yarım santimetrdən az bir ölçüdə olan bu kompüter tam bir avtonom hesablama sistemidir. Hansı ki, ağıllı sensor strukturu kimi çalışır. O, hətta otaqda işləyə bilən günəş panelləri ilə təchiz edilib və bu sistemə daim çalışmaq imkanı verir. Görünür ki, bu yeni növ texnikanın çox sayda proqramları var.
Alışqan
Dünyanın ən kiçik alışqanı 2011-ci ildə İspaniyada hazırlanmışdır. Jose Perez Riçart tərəfindən hazırlanan alışqanın ölçüləri 6mm x 11mm və 2.4mm. Latun metalından hazırlanan alışqan 4cc yanacaq çəninə malikdir. Qeyd edək ki, bu alışqan "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.
Ən kiçik təyyarə
Dünyanın ən kiçik təyyarəsi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olan 1988-ci ildə istehsal edilən "Bumble Bee"nin uzunluğu cəmi 2,5 metr, qanadları isə 1,6 metr idi. Qeyd edək ki, bu təyyarənin yaradıcısı olan Robert H. Starr ilk uçuşunda onu qəzaya uğratmışdı.
2019-cu ildə ABŞ-ın “DJI” şirkətinin təqdim etdiyi “Mavic Mini” adlı yeni pilotsuz təyyarəsi ovucun içinə yerləşir. Cihazın çəkisi yüngül olduğu üçün ABŞ Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.
Bu pilotsuz təyyarənin çəkisi 249 qr-dır. 250 qram və daha çox ağırlığı olan cihazların FAA qeydiyyatı tələb olunduğu üçün şirkət hazırladığı dronun çəkisini mümkün qədər azaldıb. Pilotsuz təyyarənin maksimal uçuş müddəti 30 dəqiqədir, qiyməti təxminən 495 dollar təşkil edir.
“Mavic Mini” pilotsuz təyyarəsi 2.7K təsvir ölçülü kamera ilə təchiz edilib. Bu, “Mavic Air” və “Mavic Pro” modellərinə quraşdırılmış 4K kamerası ilə müqayisədə bir qədər aşağı göstəricidir.
Bu pilotsuz təyyarə 2019-ci ilin oktyabrında satışa çıxarılıb.
Reklam posteri
Rusiyanın EA Elmi Araşdırma Mərkəzinin Foton Texnologiyalar İnstitutu «Marvel» studiyasının «Qarışqa Adam və Arı» filminin prokatlara çıxışını özünəməxsus şəkildə qeyd ediblər.
Xüsusi texnologiyaların köməyi ilə onlar ancaq güclü mikroskopla görünə biləcək poster yaradıblar. Həmin reklam posterinin hündürlüyü insan tükünün nazikliyindən kiçikdi.
Ölkə
Ərazisi bir qolf meydançası ilə müqayisə edilə biləcək dünyanın ən kiçik ölkəsi Romadadır. Vatikan Katolik Kilsəsinin Müqəddəs Taxtının müstəqil ərazisinin əhalisi 770 nəfərdir.
Bu ölkənin sakinləri burada işləyənlər hesab olunur. Ölkəni dünyanın ən kiçik qədim ordusu, İsveçrə mühafizəçisi qoruyur. Bu, İsveçrə tacirləri tərəfindən 1506-cı ildə yaranmışdır. İndi ordu cəmi 100 nəfərdən ibarətdir. Onların hər biri İsveçrə vətəndaşıdır.
İş telefonu
Dünyanın ən kiçik iş telefonu 1996 -cı ildə ABŞ -da Jan Piotr Kruteviç tərəfindən hazırlanmışdır. Telefonun uzunluğu cəmi 4,5 santimetr, eni isə 0,76 santimetrdir.
Heykəl
"Güvən" adlı heykəl çılpaq qadını təsvir edir. Bu heykəlin boyu cəmi 100 mikrondur və insan saçının eninə bərabərdir. Heykəli yaratmaq üçün cənubi afrikalı rəssam və mühəndis Jonti Hurvitz üzərində 10 ay ərzində çalışıb. Heykəli yaradarkən o, 3D-dən və 250 kameradan istifadə edib.
Qar adamı
2016-cı ildə Kanadanın Ontario Universitetinin mütəxəssisləri dioksidin dəyirmi hissəciklərindən ibarət olan dünyanın ən kiçik qar adamını düzəldiblər. Nanotexnoloqlar ölçüsü 0.9 mikron olan üç dioksid kürəciyini üst-üstə qoyaraq fiquru hazırlaya biliblər. Sonra onlar bir kürəciyin üzərində iki göz və ağız düzəldiblər. Qar adamının əlləri isə platindən düzəlib.
Qar adamı dünyanın ən kiçik fiquru kimi tanınıb. Onu yalnız elektron mikroskop vasitəsilə müşahidə etmək mümkündür.
Qeyd edək ki, qar adamı insan tükündən (75 mikron) onlarla dəfə balacadır.
Samirə Tağıyeva, "İki sahil"