Gənclər arasında çox məşhur olan TikTok sosial şəbəkəsi istifadəçilər tərəfindən yüklənən vieoların xronometrajlarını daha da uzatmaq üzərində çalışır.
TikTok hələ keçən il bu cür addımı atmışdı.
Hazırda TikTok istifadəçiləri 3 dəqiqəlik videoları yükləyə bilirlər. Bu limit keçən ilin dekabr ayında təyin edilmişdi. İndi isə sosial şəbəkə bu limiti 5 dəqiqəyə yüksəltmək üzərində çalışır.
5 dəqiqəlik videoların sosial şəbəkəyə yüklənməsi özəlliyi yalnız məhdud sayda istifadəçi arasında test edilir.
Təqdim edilmiş fotodan da görmək olar ki, yeni özəllik tədricən hər bir istifadəçi üçün təqdim ediləcək. 5 dəqiqəlik videoları testdən keçirtmək istəyən istifadəçilər bu barədə TikTok-dan bildiriş əldə edəcəklər.
Maraqlısı ondadır ki, bəzi istifadəçilər hətta 10 dəqiqəlik xronometraja sahib videoları da sosial şəbəkəyə yükləyə biliblər. Görünür, şirkət ideal limit göstəricisi üzərində təcrübələr aparır.
Lent.az