30 avqust 2021 17:07
980

 Koronavirusla xroniki yorğunluğun nə əlaqəsi?

PostCOVID sindromu (uzunmüddətli COVID) və xroniki yorğunluq sindromunun oxşar simptomlarına əsaslanaraq, amerikalı tədqiqatçılar bu iki vəziyyətin bioloji əsaslarını araşdırıblar və çox oxşar cəhətləri tapıblar. Məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Miyalgik ensefalomiyelit və ya xroniki yorğunluq sindromu, təkcə ABŞ -da bir il ərzində iki milyon yarıma yaxın insana təsir edən mərkəzi sinir sisteminin kompleks bir xəstəliyidir. Uzunmüddətli istirahətdən sonra da keçməyən şiddətli, bezdirici yorğunluq, yuxu pozğunluqları, düşünmə çətinliyi, avtonom sinir sisteminin anormallıqları kimi simptomlarla xarakterizə olunur. Bir qayda olaraq bütün bu simptomlar fiziki və ya zehni stresdən sonra daha da şiddətlənir.

PostCOVID sindromlu insanlar bir neçə həftə və hətta aylarla COVID-19 xəstəliyindən sonra yorğunluq, nəfəs darlığı, yuxu, yaddaş və konsentrasiya problemlərini yaşamağa davam edən vəziyyətlərini demək olar ki, eyni şəkildə təsvir edirlər.

“John Hopkins” Universitetinin Tibb Məktəbinin tədqiqatçıları hər iki sindromun ortaq bir səbəbinin- infeksiyalar və ya digər xarici təsirlərlə əlaqəli stresə bədənin bioloji reaksiyası olduğunu irəli sürüblər.

 "İnfeksiya və ya zədələnməyə reaksiya mürəkkəbdir və bu, bədəndəki bütün sistemləri əhatə edir. Hər hansı bir uyğunsuzluq yorğunluğa, beyin yorğunluğuna, ağrıya və digər simptomlara səbəb ola bilər."  Bu sözləri tədqiqatın baş müəllif  Bindu Pol mətbuata açıqlamasında söyləyib.

 Həm artan yorğunluq sindromunda, həm də uzun müddət davam edən COVID-də müəlliflər hüceyrələrdə toplanan oksigen molekullarının mərkəzi rolunu qeyd edirlər. Oksidləşdirici stres adlanan bu proses, hüceyrə səviyyəsində iltihab və hər iki xəstəlikdə görülən metabolik pozğunluqlarla əlaqəli balanssızlığının inkişafına səbəb olur.

Müəlliflər bədənin stresə olan digər reaksiyaları - iltihab, metabolik enerji çatışmazlığı və hipometabolik vəziyyət ilə xroniki yorğunluq və uzun müddət davam edən COVID sindromları arasındakı əlaqəni araşdırıblar. Daha əvvəl Pol və həmkarları Huntington, Alzeimer  və Parkinson  kimi xəstəliklərdə oksidləşdirici stresin olduğunu araşdırıb tapmışdılar.

Elm adamları gələcəkdə oksidləşdirici stres, iltihab və metabolik pozğunluqlarla xarakterizə olunan xəstəliklərin molekulyar mexanizmlərini daha dərindən araşdırmağa ümid edirlər.

Nubar Süleymanova, “İki sahil”