31 avqust 2021 12:41
808

Daha yoluxucu ola biləcəyi qeyd edilib

Bu yaxınlarda keçirdiyi yeni mutasiyalarla yayılmasını artıran və Delta variantının dünyada dominant növ olaraq qaldığı Covid-19-un yeni variantı aşkar edilib. 

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutundan olan elm adamları, 2021-ci ilin may ayında "C.1.2" adlı bir mutasiya təsbit etdiklərini bildirərək, bu yeni variantın ilk dəfə Vuhanda aşkar edilən Covid-19-dan daha çox dəyişikliyə uğradığını vurğulayıb. Çindən Portuqaliyaya qədər bir çox ölkədə görülən C.1.2-in digər mutasiyalardan daha yoluxucu ola biləcəyi qeyd edilib.