31 avqust 2021 13:42
1173

Nigar Camal: Çimərliyə nə geyinim?

"Eurovision 2011" qalibi Nigar Camal paylaşımları ilə ən çox müzakirə olunan məşhurlardandır.

“İki sahil” xəbər verir ki, sənətçi "İnstagram" səhifəsində çimərlik geyimində və açıq-saçıq paltarlarda tez-tez fotolar yayımlayır. Müğənninin hər paylaşımı da tənqidsiz və müzakirəsiz ötüşmür.

N.Camal açıqlamasında bildirib ki, heç vaxt mənfi rəylərə görə narahat olmur: "Yaydır, çimərlikdə nə geyinirlər? Bu, normal bir haldır. Tənqid yazanlara əsəbiləşmirəm. Bu onların düşüncəsidir".

Nigar yay istirahətindən danışıb. "İki dəfə Londona getdim, amma təyyarədən o qədər bezdim ki... Bu yay Azərbaycandan kənar heç bir yerə getmək istəmədim. Burada mənə rahatdır, sakit və istədiyim kimi" deyə, sənətçi əlavə edib.