Vaksinasiyadan öncə menyunun korreksiyası yan təsirlərin yaranması riskinin qarşısını alır. Bu barədə “Sputnik” radiosuna müsahibəsində rusiyalı həkim-terapevt, qastroenteroloq Nikita Xarlov açıqlayıb.
Həkim allergiya yaradan qidalardan uzaq durmağı məsləhət görüb.Daha çox orqanizmin alışdığı, sınanmış qidalarla qidalanmaq lazımdır. Çox yemək də immunitetə zərər vurur.
“Orqanizmə yad qidalardan uzaq durun. Kolbasa və süd məhsullarının həmişə istifadə etdiyiniz markalarından alın. Təcrübələrdən, ekzotik dadları sınamaqdan qaçın”,-deyə o bildirib.
Peyvənddən əvvəl şirniyyat, kartof və nişasta kimi karbohidratlı qidaları diyetdən xaric etməlisiniz, çünki həmin qidalar qan şəkərinin artmasına səbəb olur, nəticədə peyvənd pis təsir edə bilər.
Qastroenteroloq meyvələrə də ehtiyatla yanaşmağı məsləhət görüb. Xüsusilə, üzüm, banan yeməmək yaxşı olar. Sitrus meyvələri isə istisnadır, onlardan imtina etməmək olar. O, qeyd edib ki,vaksinasiyadan sonrakı iki həftə ərzində də düzgün qidalanmanı davam etdirmək lazımdır, çünki bu dövr ərzində ilkin immunitet reaksiyası formalaşır.
Nubar Süleymanova, “İki sahil”