Rusiyalı həkim Andrey Zvonkov COVID-19-un ardından, sağaldıqdan sonra edilməli olan qan testlərinin adlarını açıqlayıb.
O bildirib ki, xəstəliyin ağır və ya yüngül keçirilməsindən asılı olaraq, sağaldıqdan sonra orqanizmdəki fəsadların yoxlanılmasının bir neçə metodu var. Həkimin sözlərinə görə, pasientlər ilk növbədə qanın ümumi analizini verməlidirlər, çünki koronavirus infeksiyası ilk növbədə qanda qatılığı artırır və nəticədə tromblar formalaşmağa başlayır.
“Bundan əlavə, qanın qatılığını dəqiq yoxlamaq üçün koaquloqramma analizi vacibdir”,-deyə o qeyd edib.
Məsləhət görülən prosedurlardan biri də anticisimlərin yoxlanılmasıdır. Onların səviyyəsi müəyyən edilməlidir. Mütəxəssis qan analizi nəticələrini özbaşına deyil, mütləq həkimlə dəyərləndirməyi tövsiyə edib.
“M” sinfinin anticisimlərini (IgM, orqanizmin yad virusa qarşı ilk immunitet reaksiyası) sağaldıqdan sonra orqanizmdə formalaşdığını bilmək üçün yoxlamaq lazımdır. “G” sinfinin anticisimlərinin səviyyəsi (IgG,daha gec yaranır və formalaşmış immunitetdən xəbər verir) isə daha vacibdir. Prinsipcə, “M” anticisimləri olmasa da olar, “G” anticisimləri insanın yoluxub-sağaldığını göstərir”,-deyə Zvonkov fikrini yekunlaşdırıb.
Nubar Süleymanova, “İki sahil”