31 avqust 2021 16:14
1133

"İnstagram"dan doğum tarixi ilə bağlı qərar

İnstaqramda doğum tarixini qeyd etməyən istifadəçilərin platformaya girişi qadağan olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, şirkət süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. Doğum tarixi ilə bağlı bildiriş istifadəçilərə bir neçə dəfə göndəriləcək. Buna baxmayaraq məlumat əlavə edilməzsə, istifadəçilərin platformaya girişi əngəllənəcək. Şəxslər İnstaqramdan istifadə etmək istəyirlərsə, mütləq bu addımı atmalı olacaq.

Sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və 18 yaşından kiçik istifadəçiləri qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.