Yaponiya və ABŞ alimləri otağın istənilən yerində texnikanı simsiz şəkildə enerji ilə doldurmağın tamamilə yeni üsulunu işləyib hazırlayıblar.
Tədqiqatçılar bu haqda məqaləni “Nature Electronics” jurnalında dərc etdiriblər.
Onlar otağı enerji ötürmə sisteminə çevirmək üçün istifadə edilə bilən sözdə multimodal kvazi-statik boşluq rezonans metodunu tətbiq etdilər.
Divarlara quraşdırılmış keçirici səthlər cihazlara 50 vattdan çox elektrik enerjisi ötürən üçölçülü maqnit sahələri yaradır. Bu isə cihaz və qadjetlərinizi hərəkətdə olduqda belə doldurmağa imkan verir. Ancaq bunun üçün ona bağlanan ötürücü bobinlər maqnit sahəsinə doğru istiqamətləndirilməlidir.
Bu şəkildə elektrik ötürülməsinin minimum səmərəliliyi 37%-dir və məkanın əsas hissəsində 50%-i aşır. Tədqiqatçılar metodlarının təhlükəsiz olduğuna zəmanət verirlər.
Nubar Süleymanova, “İki sahil”