Rusiyalı həkim Dmitriy Şubin bildirib ki, pomidorla xərçəngin qarşısını almaq olar.
“Payızın gəlişi ilə mövsüm məhsullarının istehlakını artırmaq lazımdır. Bu mövsümdə ən dəyərli tərəvəz isə məhz pomidordur. Düzgün termik istifadədə onun tərkibindəki likopin adlı maddənin həcmi artır. Likopin isə şiş xəstəliklərinin bir nömrəli düşmənidir”,-deyə mütəxəssis bildirib.
Likopin tərəvəzə yalnız qırmızı rəng vermir, həm də xərçəng riskini, xüsusilə də prostat xərçəngi riskini azaldır.
Həkim qeyd edib ki, adətən, bişirildikdə faydalı tərkibin çox hissəsi məhv olur. Konsevasiya zamanı da vacib elementlər itir. Lakin likopin elə bir maddədir ki, hətta 100 dərəcədə belə öz faydalı xüsusiyyətlərini itirmir.
Nubar Süleymanova, “İki sahil”