İsveçrə dünyanın ən dəqiq ölkəsi kimi tanınmaqdadır. Dünyadakı ən yaxşı saatların isveçrəlilər tərəfindən hazırlanması təsadüfi deyil. Alp dağları üzərində yerləşən bu ölkədə hər kəs zaman və təmizliyə çox önəm verir. Dəqiqlik isveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə də İtaliya və Fransa kimi zamanla oynayan ölkələrdən sonra İsveçrəyə gedənlər buradakı dəqiqliyə qarşı fərqli hisslər keçirir.
İngilis yazıçısı Evelin Vaughın sözlərinə görə, dəqiqlik bekarçılıqdan qaynaqlanır. Halbuki, İsveçrədə dəqiqlik başqalarına qarşı hörmət və düşüncəli davranışın ifadəsidir.
Bu ölkədə qatarlar da dəqiqliyi ilə işləyir.
Qeyd etmək lazımdır ki, bu ölkənin sakinləri ətraf mühütün təmizliyinə də çox dəqiq riyaət edirlər.
11 ildir Cenevrədə yaşayan amerikalı yazıçı Susan Jane Gilman qeyd edib ki, əvvəllər hər yerə geciksə də, lakin son zamanlar dəqiqliyə artıq öyrəşib. Onun sözlərinə görə, bu ölkədə hər kəsin zamanına hörmət edilir.
Çox maraqlıdır ki, İsveçrədə günortadan sonra təxminən saat 3-4 arası bütün kafelər dolu olur. Çünki hər kəs məhz bu vaxta qəhvə fasiləsinə çıxır. Eyni zamanda,burada yaşayan insanlar binalarında yerləşən camaşırxanadan istifadə etmək üçün onlara verilən günü və saatı gözləməli olurlar.
Samirə Tağıyeva, "İki sahil”