01 sentyabr 2021 20:25
693

6400 metrlik zirvədə toy - VİDEO - FOTO

Boliviyalı cütlük Conni Paçeko və Haydi Pako evlilik mərasimlərini Cənubi Amerikanın  And silsiləsinin ən yüksək dağı olan İlimanidə keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın "TSN" telekanalı məlumat yayıb. Qeyri-adi toyun dəniz səviyyəsindən 6400 metr yüksəklikdə baş verdiyi qeyd olunur. Zirvəyə qalxmaq üçün sevgililərə 3 gün lazım olub. Ancaq bu, cütlüyün ənənəvi milli qiyafələrdə evlənməsinə mane olmayıb.

Lakin toyda çox qonaq iştirak etməyib. Yeni evlənənlərlə birlikdə qarlı dağ zirvəsinə yalnız mərasimin şahidləri və onlara xeyir-dua verən bir alpinist dostları qalxıb.