01 sentyabr 2021 21:47
1275

"Memati" koronavirusa yoluxdu

Türkiyənin məşhur aktyoru Gürkan Uygun koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, infeksiyanın simptomlarını özündə hiss edən aktyor koronavirus testi verib. Testin nəticəsi pozitiv çıxıb.

COVID-19-a yoluxan aktyorun vəziyyəti çox ağır olmadığı üçün həkimlər ona evdə müalicə almağı məsləhət görüblər.

Qeyd edək ki, aktyor TRT-nin rekord qıran "Təşkilat" serialında "Yıldırım" obrazını canlandırır. Gürkandan başqa serialın iki rejissorunun da test nəticələri pozitiv çıxıb.  Buna görə də, serialın çəkilişləri müvəqqəti olaraq dayandırılıb.