Qraham Qrenn
İngiltərədə anadan olan Qraham Qrenn ölkədə məşhur hekayə və roman yazarı kimi tanınıb. 1941-ci ildə İngiltərənin "Mİ6" kəşfiyyat xidməti üçün işləyən Qrahamın əsas işi Afrikadan Almaniyaya gələn gəmiləri müəyyən etmək olub. O, əsasən gəmilərdən almaz və məxfi sənədlər axtarıb. Eyni zamanda, Fransanın şimalında hərbi qüvvələrin hərəkət marşrutunu müşahidə edib. 1943-cü ildə Londona qayıdan "Qreen Mİ6"kəşfiyyat xidməti üçün işləməkdə davam edir. Onun dünyada “Səssiz amerikalı”, “Havannadakı adamımız”, “Fəxri konsul” romanları məşhurdur.
Naum Eytinqton
Naum Eytinqton otuzuncu illərdə sovet kəşfiyyatının ABŞ- dakı qeyri- leqal rezidenti Lev Trotskiyə qarşı Meksikada sui-qəsdi təşkil edib. Həmin əməliyyat “ördək”adlanırdı.
Naum, həmçinin 1942-ci ildə alman səfiri Fon Papenə qarşı sui-qəsd hazırlayıb, amma bu akt baş tutmayıb.1951 -ci ildə “Sionist sözləşməsi”ndə təqsirli bilinərək Moskvada həbs edilmiş, 53-cü ildə buraxılmış, həmin ildə yenidən başqa bir iş üzrə 9 illik həbs edilmişdir.Cəzasının hamısını çəkmiş və 1992-ci ildə Moskvada vəfat etmişdir.
Jozefina Baker
Josefina Baker əvvəlcə rəqqasə kimi çalışıb. ABŞ-da keçirilən bir çox turnelərdə iştirak edən Josefina 1925-ci ildə Parisə köçüb.Az sonra nasistlərin irqçi siyasəti ilə tanış olan Josefina Baker nasistlərə qarşı Fransa müqavimət hərəkatında önəmli rol oynayıb. Mədəniyyət tədbirlərində və konsertlərdə iştirak məqsədilə Avropanı dəfələrlə gəzən rəqqasə heç bir şübhə yaratmayıb. İmkanlarından istifadə edən Jozefina hərbi və siyasi informasiyalar toplayaraq fransızlara ötürüb. Deyilənlərə görə, nasistlərlə bağlı əldə etdiyi informasiyaları görünməz mürəkkəblə yazaraq Fransaya çatdırıb. Eyni zamanda,o, Fransanın cənubunda olan evində nasistlərin əlindən qaçan bir çox yəhudiləri gizlədərək onlar üçün bir sığınacaq yaradıb.
Rixard Zorge
Rixard Zorge demək olar ki, bir canlı əfsanədir. Yarı rus, yarı alman əsilli Almaniya vətəndaşlığını qəbul etmiş və gənclik vaxtından sovet kəşfiyyatı üçün çalışmışdır.1933-cü ildə “Frankfurt Tsaytunq”qəzetinin müxbiri kimi Yaponiyada işləmiş və oradan Moskvaya informasiya ötürürmüşdü.Məsələn, Yaponiyanın Rusiyaya 1941-də hücum etməyəcəyini o, xəbər veribmiş.1943-cü ildə tutularaq, edam edilmişdi.Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almışdır.
Qordon Lonsdey
Qordon Lonsdey 1955-ci ildə özünü kanadalı kimi qələmə verərək Londona gəlib və qeyri-leqal rezidenturanın yaradıcısı olub.Eyni zamanda, uğurlu biznes qurub, barlar üçün musiqili avtomatlar ticarəti ilə məşğul olaraq öz əməliyyatlarını maliyyələşdirirdi.1961-ci ildə ifşa edilərək 25 il həbs cəzasına məhkum edilmişdir.1964-cü ildə məşhur Britaniya kəşfiyyatçısı Vinnlə dəyişdirilmişdir.
Morris Moe Berg
II Dünya müharibəsi öncəsi Amerikanın ən məşhur beysbolçusu kimi tanınırdı. Berg Nyu- Yorkda doğulsa da, əslində, Ukrayna əsilli idi. Amerikanın ən məşhur beysbol klublarında oynayan Morris ABŞ II Dünya müharibəsinə qoşulduqdan sonra orduya daxil olur və hərbi təhsil alır. Daha sonra Avropada Hitler rejiminin hərbi gücləri ilə bağlı kəşfiyyat informasiyası toplamağa başlayır. 1944-cü ildə Berg İsveçrəyə göndərilır və onun əsas tapşırığı alman fiziki Verner Heisbenbergə sui-qəsd etmək olur. Lakin Berg nasistlərin atom bombası silahını əldə etməkdən hələ uzaq olduğunu müəyyən etdikdən sonra Verneri öldürməkdən vaz keçir.
Samirə Tağıyeva, "İki sahil"