02 sentyabr 2021 21:57
1053

Koronavirusdan sonra mütləq bu orqanı yoxlatdırın!

Amerikalı alimlər koronavirus infeksiyasına yoluxub sağalmış insanlarda infeksiyadan sonra qalan daha bir fəsad aşkar ediblər.  Tədqiqatın nəticələri “Journal of the American Society of Nephrology” jurnalında dərc olunub. Xəstələrdə postCOVID sindromu (uzunmüddətli COVID) infeksiyaya yoluxub kəskin fazanı keçdikdən sonrakı bir neçə ay ərzində özünü göstərir. Ən çox özünü göstərən simptomlara nəfəs darlığı, halsızlıq, əzələ ağrısı, idrak pozğunluğu və mədə -bağırsaq xəstəlikləri daxildir.

Amerikalı tədqiqatçılar COVID-19 xəstələrinin qan testlərinin nəticələrini təhlil ediblər. Onlar postCOVID sindromunda çox insanlarda böyrəklərin təsirləndiyi, nəticədə xroniki xəstəliklərin ortaya çıxdığı qənaətinə gəliblər. Əsas problem xəstələrin bu fəsaddan xəbərsiz olmasıdır, çünki böyrək funksiyasının pozulması ağrı və digər simptomlarla müşayiət olunmur. Mütəxəssislərin fikrincə, bu, yalnız testlərdən keçməklə aşkarlanır.

“Nəticələrimiz COVID-19-dan sağ çıxanlar üçün böyrək funksiyasının qiymətləndirilməsinin kritik əhəmiyyətini göstərir. Böyrək funksiyasının bu virus səbəbindən pisləşdiyini bilməyən yüz minlərlə insan mütləq müəyyən tibbi yoxlamalardan keçməlidir, əks halda onlara kömək etmək üçün potensial fürsəti əldən qaçıracağıq",-deyə mütəxəssislər izah ediblər.

Mütəxəssislər, təxminən yarım milyon amerikalıda böyrək zədəsi ola biləcəyini təxmin ediblər. Eyni zamanda, pozuntuların maksimum sayı koronavirusun “Delta” ştammı ilə əlaqəli pandemiyanın  cari son dalğasından sonra qeydə alınacaq.

Nubar Süleymanova, “İki sahil”