Məşhur türk aktrisası Mine Tugay "Sevginin sizin həyatınızdakı yeri nədir" sualını cavablandırıb.
"İki sahil" Türkiyə mətbuata istinadən xəbər verir ki, o, suala belə cavab verib: "Sevgi dediyimiz anlayış zamanla ölçülərinə görə fərqlənə bilər. İki insan arasındakı sevgidən danışırıqsa, deyə bilərəm ki, bu, məni qidalandıran bir şeydir. Çünki aşiq olanda həyatına ehtiras, bağlılıq və məsuliyyət kimi yeni, zəngin anlayışlar daxil olur".