03 sentyabr 2021 16:08
1545

Burada yaşayanlar xəstələnmir - FOTO

Müasir dünya həyatımızı asanlaşdırsa da, stres və narahatlıq səviyyəmizi gündən-günə artırmağa davam edir. Bizi milli-mənəvi dəyərlərimizdən ayıraraq sırf istehlaka xidmət edən bir cəmiyyət halına gətirib.

Kiçik bir İtaliya qəsəbəsi olan Roseto xalqının digər insanlardan fərqli bir xüsusiyyətə sahib olduğu kəşf edilib. 

Məlumat üçün bildirək ki, Roseto effekti yaşadığı bölgənin ənənələrinə sadiq qalıb, özünü müasir dünyanın gətirdiklərindən təcrid edən davamlı həyat tərzidir. Roseto effekti ilk dəfə Volf və Bruhn adlı iki həkim tərəfindən kəşf edilən və ədəbiyyata qazandırılan bir termindir. Bu effekt adını İtaliyanın Roma şəhəri  yaxınlığında yerləşən bir qəsəbədən  alıb. Buradakı insanlar xarici dünya ilə heç bir əlaqəsi olmadan yaşayıblar. İqtisadi cəhətdən problem yaşayan əhalinin on bir nəfəri 1882-ci ildə yeni iş imkanları üçün Pensilvaniyada məskunlaşıb. İş imkanlarının öz şəhərlərindən daha yaxşı olması səbəbindən yerli əhali Amerikaya getməyə və həyatlarını burada davam etdirməyə başlayıb. Amerikada rosetonların sayı günü-gündən artıb. Getdikləri bölgədə məskunlaşan insanlar bu yeri "Yeni İtaliya" adlandırıblar. Qısa müddət sonra bölgənin adı Roseto olaraq dəyişdirilib. Qəsəbədə oxumağı və yazmağı bacaran heç kim yox idi. Ancaq insanlar Amerikaya yerləşdikdən sonra yeni müəssisələr açıb və binalar tikdilər. Həkim Volf tibb cəmiyyəti konfransında rosetonlar haqqında bir həqiqəti öyrənib. Konfransda bir həkim 17 illik peşə həyatında Rosetodan heç bir xəstə gəlmədiyini bildirib. Bu çox maraqlı idi, çünki həmin dövrdə ürək xəstəliyi Amerikada çox  yayılmışdı. Daha sonra həkim araşdırma edib. Əvvəlcə  onların çox yaxşı və təbii qidalandıqlarını və buna görə də bu qədər sağlam olduqlarını düşünüb.

Amma həkim Volf bunun tam əksi olduğunu başa düşüb. Əslində, bu xalq hətta amerikalılardan da sağlam olmayan yeməklər yeyib. Volf gəzinti zamanı rosetonları müşahidə etmək imkanı qazanıb. Bir-birləri ilə nəzakətlə davranırlar, özlərini ətraf mühitdən  təcrid ediblər və İtaliyada olarkən əldə etdikləri ənənələrə sadiq qalıblar. Həyatlarında heç nəyi dəyişmədən və ən yaxın şəhərdən belə təcrid olunmuş şəkildə yaşayan bu insanlar dünyaya nümunə oldular və indi turist axını ilə doludur.

Vüsal Cahanov, “İki sahil”