06 sentyabr 2021 15:39
1305

Filmlər sayəsində məşhurlaşan yerlər - FOTO

Həm kino həvəskarı, həm də səyyahsınızsa, bu xəbər tam sizin üçündür. Bəzi yerlər var ki, filmlər sayəsində gözəlliklərini bütün dünyaya çatdırmağı bacarıb.

“İki sahil” bu yerləri oxucularına təqdim edir.

Takaka, Yeni Zelandiya

Yeni Zelandiya Hollivudun ən sevimli məkanlarından biridir. Yeni Zelandiyada bir çox fantastik filmlər çəkilib. Piter Cekson “Üzüklərin əfəndisi” serialını çəkdikdən sonra Yeni Zelandiyanın turizmi sürətlə inkişaf edib. Buraya gələn qonaqlar üçün filmin çəkildiyi Matamatadakı Hobbit qəsəbəsinə və Takaka təpəsinə turlar təşkil olunur.

Doune qalası, Şotlandiya

Şotlandiyadakı Doune qalası 1975 -ci ildə çəkilən “Monty Python və Müqəddəs Kase” filmi ilə məşhurlaşıb. Ancaq filmin bütün səhnələri bu qalada olmayıb. Məkan olaraq Şotlandiyanın fərqli mənzərələri də istifadə edilib.

Alnvick qalası, İngiltərə

Dünyada məşhur film seriyalı “Harri Potter” sayəsində məşhurlaşan Alnvick qalası serialın ilk iki hissəsində Hogvarts Sehirbazlıq Məktəbi olaraq göstərilib. İnsanlar “Harri Potter” mövzulu tədbirlərə və turlara qatılmaq üçün dünyanın hər yerindən buranı ziyarət edirlər.

Petra, İordaniya

Petra şəhəri 19 -cu əsrdə kəşf edilsə də, bu barədə çox adam bilmirdi. “İndiana Cons və son səlib yürüşü” filmindən sonra böyük şöhrət qazanan şəhər bu gün də ziyarətçilərlə doludur.

Vüsal Cahanov, “İki sahil”