06 sentyabr 2021 17:09
4602

İnsan psixologiyası nələrə qadir imiş!...

Heç bilirdinizmi ki, insanın beyni ilə qarnı arasında bağlantı var. Bu səbəbdən də həyəcan keçirdiyimiz zaman qarnımızda ağrı hiss edirik.

Tez yuxuya getmək üçün kürəyi üstə uzanmaq, ayaqları uzatmaq, bədəni rahatlamaq lazımdır. Gözləri bağlamaq və bağlı göz qapaqları altında göz bəbəklərini yuxarıya doğru yönəltmək. Bu, yuxu zamanı gözlərin normal vəziyyətidir.

Alimlərin müşahidələrinə görə, mavi gözlü insanlar cəmi bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qəhvəyi göz rənginə sahib insanlar isə eyni anda iki insanı sevə bilərlər. Yaşıl rəngli gözə sahib insanların isə aşiq olmaları üçün uzun zaman lazımdır.  Digər növ gözlərə sahib insanlar isə cəmi bir saat ərzində aşiq ola bilərlər.

Psixoloqlar müəyyən ediblər ki, tanış olmayan kişini qiymətləndirmək üçün qadına 45 saniyə kifayətdir. Bunlardan 10 saniyəsini o, kişinin bədəni haqqında ümumi təəssürat yaratmağa sərf edir, 8 saniyəyə gözlərini qiymətləndirir, 7 saniyə saçlara, 10 saniyə dodaq və çənəyə, 5 saniyə çiyinlərə baxır. Son 5 saniyəsini isə əgər varsa, evlilik üzüyünə baxır.

Çox maraqlıdır ki,bu günə qədər görmə əngəlli insanlarda şizofreniya xəstəliyi aşkar edilməyib.

6-7 saat yatanlar vaxtsız ölüm riski ilə 8 saat yatanlardan daha az qarşılaşırlar. Amma 5 saatdan az yatanlar 8-9 saat yatanlardan daha çox psixi problemlərlə qarşılaşırlar.

Oksford Universitetinin alimləri qayğı, narahatlıq və stresdən qurtulmaq üçün ən yaxşı metodun mütaliə olduğunu qeyd edirlər. Bu məşğuliyyət orqanizmə daha tez təsir edir. Təəccüblüdür, amma bu üsul alkoqol qəbul etməkdən, gəzintidən, çay içməkdən və ya musiqi dinləməkdən daha effektivdir.

İnsan beyni ən qısa zaman kəsiyində, eyni anda 5-7 informasiya bloku yadda saxlaya bilir. Bu, orta ağıl göstəricisinə malik bütün insanlar üçün belədir. Qısamüddətli yaddaşında 10 informasiyanı bir dəfəyə saxlaya bilən insanlara çox nadir hallarda rast gələ bilərsiniz.

Bəzən qarşılıqsız sevgi anormal bağlılığa çevrilir və hətta psixi problemlərə səbəb olur. Bunlardan biri Adel sindromudur. Adel sindromu –qarşılıqsız olaraq başqa insana uzunmüddətli anormal olan sevgi ilə bağlanmaqdır.

Bu günə qədər psixoloqlar tərəfindən 400-dən çox fərqli fobiya aşkar edilib.

Əgər gecələr sizi qorxulu yuxular narahat edirsə, deməli, yatdığınız zaman sizə soyuqdur. Qeyd edək ki, əgər yatdığınız otaq soyuqdursa, qorxulu yuxu görmək şansınız bir o qədər çoxdur. Bu, artıq sübut olunmuş bir elmi faktdır.

Əgər insan nəyisə yadına salmağa çalışarkən sizin gözlərinizin içinə baxmağa davam edirsə, əmin olun, sizi aldadırlar.

Fransada aparılan psixoloji araşdırmalar göstərib ki, burada hər 5 nəfərdən biri həyatında ən az bir dəfə depressiya ilə mübarizə aparıb.  Bu da öz növbəsində Fransanı dünyanın ən depressiv ölkəsinə çevirir.

Qadınlar öz partnyorları ilə üz-üzə ünsiyyətdə olarkən özlərini xoşbəxt hiss edirlər, kişilər isə əksinə, qadınlarla birgə işləyərkən və ya sadəcə yanında oturub söhbət edərkən ünsiyyətdən emosional yaxınlıq duyurlar.

Bəzi  insanlar  hətta pis hadisələrin  belə yalnız müsbət tərəflərini görürlər. Bu tip insanlar gözlərinə sanki çəhrayı eynək taxmış kimi olurlar. Məsələn, maşınım xarab oldu deyə heyfsilənməyib, eybi yoxdur piyada gedərəm, çünki  piyada gəzmək sağlamlığa xeyirdir, deyən insanlar sən demə son illər ərzində yayılan “Polyanna” sindromundan əziyyət çəkirlər.

Samirə Tağıyeva, "İki sahil"