Haşima Sakit okeanın Şərqi Çin dənizinin Yaponiyaya aid adasıdır. Uzun müddət mədənçilik işlərinin aparıldığı bu ada “Ceyms Bond” serialının bir hissəsi olan “Skyfall” filmində də istifadə edilib. Bu gün ada tamamilə xarabalığa çevrilib. Sanki müharibədən yeni çıxmış kimi görüntüyə sahib olan Haşima “Skyfall” filmindən sonra turistlərin diqqətini çəkib. Turistlər ilin müəyyən vaxtlarında bu adanı ziyarət edir. Haşima demək olar ki, bitkilərin yaşamadığı bir adadır. Naqasaki arxipelaqlarından biri olan, lakin digərlərindən fərqli olaraq yaşıl örtüyü olmayan ada, tamamilə betonla örtülüb.
“İki sahil” bu ada haqqında məlumatları oxucularına təqdim edir.
İkinci Dünya Müharibəsinin sonunda ABŞ -ın atdığı atom bombasından sonra çox zərər görmüş Naqasaki sahillərindəki ada buradan 15 kilometr aralıda yerləşir. Ətrafındakı yaşıl adalardan fərqli olaraq, bu ada uzaqdan döyüş gəmisinə bənzəyir.
Önəmli bir mədəndir
Haşimanın bu vahiməli görünüşünün səbəbi buranın keçmişdə çox əhəmiyyətli kömür mədəni olmasıdır. Yaponiya üçün böyük miqdarda kömürün çıxarıldığı Haşima aktiv olduğu dövrdə də böyük strateji əhəmiyyətə malik idi. Ancaq Yaponiyanın, xüsusən müharibədən sonrakı dövrdə, sürətlə inkişaf etməsi və enerjiyə böyük ehtiyacı ilə Haşimadakı təbii ehtiyatlar zamanla tükənib.
19 -cu əsrdən etibarən aktivdir
160 metr enində 140 metr uzunluğunda olan ada, əsasən 19 -cu əsrdən etibarən bölgədə fəaliyyət göstərən buxar gəmilərinin də ehtiyaclarını ödəyib. Ada İkinci Dünya Müharibəsindən sonra Yaponiya iqtisadiyyatının inkişafı üçün xidmət göstərib. Bu vəziyyət mədənin tükənmə həddinə qədər davam edib.
Milyonlarla ton kömür çıxarılıb
Aktiv olduğu müddətdə 16,5 milyon ton kömür çıxarılan ada işçilərin adadan ayrılması nəticəsində bura uzun illər kimsəsiz qalıb. Ancaq yaxınlarda adanın taleyini dəyişdirən bir hadisə yaşanıb.
“Ceyms Bond” adanın taleyini dəyişib
Bütün zamanların ən çox izlənilən film seriyalarından olan “Ceyms Bond” 2021-ci il çəkilişləri Haşima adasını yenidən xatırlanıb. 1974 -cü ildə tamamilə tərk edilmiş ada, 2012 -ci ildə ekranlara çıxan “Skyfall” filmi ilə yenidən gündəmə gəlib. Tamaşaçıların çoxu Haşimadakı səhnələrin bir studiya şəraitində çəkildiyini düşünsələr də, tezliklə buranın əsl köhnə yaşayış sahəsi olduğu məlum olub. Filmin təsiri ilə diqqət çəkən adaya "qaranlıq turist"adlı profildəki ziyarətçilər gəlməyə başlayıb.
Xatırladaq ki, 2019 -cu ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyaya yayılan koronavirus pandemiyası da adaya mənfi təsir edib. Turistlər bu müddət ərzində Haşimaya gəlməyib.
Vüsal Cahanov, “İki sahil”