08 sentyabr 2021 11:19
953

"Telegram"da qlobal nasazlıq yaranıb

Dünyadakı "Telegram" istifadəçiləri messencerdə nasazlıqlarla qarşılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə məşhur internet resurslarında nasazlıqları və kəsilmələri izləyən "Downdetector" portalı bildirir.

Bakı vaxtı ilə saat 10:03-ə olan məlumata görə, bununla bağlı 215 şikayət qeydə alınıb. Sosial şəbəkə istifadəçilərinin 75%-i əlaqə problemlərindən, 25%-i mesaj göndərmə problemlərindən şikayətçidir.