Qovunun tərkibində beta-karotin də daxil olmaqla müxtəlif antioksidanlar var. Bu birləşmələr müxtəlif xəstəliklərin inkişaf riskini azaldır. Qovunun tərkibi fol turşusu ilə də zəngindir. Yaddaşı yaxşılaşdırır və metabolik prosesləri sürətləndirir, yağların, zülalların və karbohidratların parçalanmasında iştirak edir.
Ancaq qastrit və ya mədə xorası kimi mədə -bağırsaq xəstəlikləri olanlar üçün qovun əks göstərişdir. Belə insanlar qovun yeməzdən əvvəl həkimlə məsləhətləşsə yaxşıdır. Qovundan maksimum faydalanmaq üçün bunları bilməlisiniz:
-yeməkdən dərhal sonra və boş mədəyə qovun yeməyin, yemək arasındakı fasilələrdə istifadə etmək daha yaxşıdır;
- gübrədən keçmiş zərərli maddələr çox güman ki, qabığın yaxınlığında toplanır.
- şəkərli diabet, mədə xorası xəstəliyinin kəskinləşməsi poblemi olanlara, hamilə və südverən analara qovun yemək tövsiyə edilmir.
Nubar Süleymanova, “İki sahil"