İnternetdə COVID-19-un qeyri-ənənəvi yollarla və xalq təbabəti ilə müalicəsi ilə bağlı çoxlu metodlarla rastlaşmaq olar. “Live24” portalı araşdıraraq müəyyən edib ki, onların heç də hər biri bu infeksiyadan qorumur.
“Oksolin” məlhəmini aptekdən almaq olar, lakin koronavirus xəstəliyi halında heç bir sübut edilmiş effektivliyi yoxdur. SSRİ dövründə bu vasitə infeksiyalara qarşı mübarizədə ən təsirli vasitələrdən biri sayılırdı. Bu gün bəzi həkimlər bu dərmanın zərərli olduğunu düşünürlər, çünki yağlı tərkibi səbəbindən epitelin işini pozur. Bundan başqa, həkimlər buruna hidrogen peroksid, təsərrüfat sabunu, kerosin, uksus və ya qaynar pivə sürtməyin də faydasız olduğunu bildiriblər.
ÜST (Ümumdünya Səhiyyə Təşkilatının) mütəxəssisləri virusu tərlə çıxarmaq üçün bədənin tərlədilməsinin də faydasını inkar edirlər. Onlar hamam və ya saunaya getməyin yalnız xəstələrə zərər verə biləcəyinə əmindirlər.
Həkimlər nisbətən aşağı temperatur mifini dağıtdılar. Çoxları koronavirusun soyuqda məhv olduğuna əmindir, buna görə də soyuq mövsümdə tədbirlərə məhəl qoymurlar. Mütəxəssislər, soyuq temperaturun əksər infeksiyaların yayılması üçün optimal olduğunu vurğulayıblar.
Alkoqollu içkilər də COVID-19 ilə mübarizə apara bilmir. Üstəlik, dezinfeksiyaedici xüsusiyyətlərə malik deyillər, buna görə spirt yalnız sağlamlığı pozur.
Sarımsaq, zəncəfil və limon qida maddələri ilə həqiqətən zəngindir və bədənin immunitet sistemini gücləndirir. Əsas odur ki, onların istifadəsinin ölçüsünə riayət edilsin. ÜST -ə görə, bu gün koronavirus infeksiyasını müalicə edə biləcək və ya qoruya biləcək heç bir qida yoxdur.
Nubar Süleymanova, “İki sahil”