08 sentyabr 2021 17:00
1493

Düşmənlərinə qorxu salan qadın döyüşçülər- “Dahomeya amazonları”

“Dahomeya amazonları” 1904-cü ilə qədər mövcud olan Dahomeya Krallığındakı qadın əsgərlərdən ibarət bir ordu idi. Bu qadınlar, xüsusilə müstəmləkəçilərə qarşı mübarizə apararaq Qərbi Afrikaya sahib çıxıblar və öz yerlərini canları bahasına müdafiə ediblər.

Qərbi Afrikada bir krallıq olan Dahomeya 1975 -ci ildən Benin adlandırılıb. Qadınların orduya çağırılmasının kişilərin azlığından qaynaqlandığı güman edilib.  Dahomeyanın kişi əhalisi qonşu Qərb dövlətləri ilə tez -tez baş verən müharibələrdə böyük itkilərlə üzləşib. Kişilərin olmaması Dahomeya krallarını qadınları orduya cəlb etməyə vadar edib. Bu qadınların mifoloji bir hekayə olduğu düşünülsə də, əslində realdır və bir döyüşçü qadın dəstəsidir. Avropa tarixçiləri yunan mifologiyasının amazonlarına bənzədikləri üçün onları “Dahomeya amazonları” adlandırıblar.

Kralla evli olan bu qadınlara uşaq dünyaya gətirmək qadağan idi

19-cu əsrin ortalarında, buradakı qadın əsgərlərin sayı ordunun 30-40 faizini təşkil edirdilər.  Qadınların hamısı ailəli olsalar da, uşaq sahibi olmayıblar. Çünki bu qadınlar bütün həyatlarını yalnız müharibəyə həsr ediblər və başqa həyatları yox idi.

Müharibə olmayanda bolluq içində yaşayıblar

Onlara uşaq dünyaya gətirmək  və ailə qurmağa heç vaxt icazə verilməyib. Qadınların hər biri kralla evlənsə də, onların hamısı bakirə idi. Krala aid olduqlarına görə bu qadınlar həyatlarını da zəmanətə almışdılar. Mübarizə aparmadıqları zaman keyfiyyətli yemək yeyərək günlərini lüks və bolluq içində keçiriblər.

Yaxın döyüşlərdə bacarıqlı olublar

“Dahomeya amazonları” istifadə etdikləri silahları ilə də fərqləniblər. Bəziləri tüfəngdən və oxlardan istifadə edən qadınlar qruplara bölünüb və hər birinin fərqli paltarı var idi. Qadınların hər birinin uzun tüfəngi və qısa qılıncı olub və onlar yaxın döyüşlərdə olduqca təhlükəli  idilər. Həm də oxdan istifadə etməkdə usta idilər.

Güclü təlimlərdən sonra orduya qəbul olunublar

Ən istedadlı gənc qızlardan seçilən bu ordunun zəhərli oxları nadir hallarda hədəfdən qaçıb. Qadın döyüşçülər sarayı tərk edəndə onları zəng çalan qadın muşahidə edib. Qadının zəng çalması qarşısındakı kişilərin yoldan çəkilib və başlarını başqa tərəfə çevirməsi demək idi. Bu qadınların yalnız bir məqsədi var idi, o da krallıqları olan Dahomeyanı və hökmdarlarını qorumaq olub.

Ölümə biganə qalmağı öyrədiblər

Gənc qızlar 8 yaşından etibarən orduya girə biliblər. Qadınların bir qismi döyüşçü kimi dünyaya gəlib və könüllü orduya qəbul olublar. 3000 nəfərlik ordudan ibarət olan bu qorxulu qadınlar krallığını qorumaq üçün böyük döyüşlər aparıblar.

Bütün bunlara baxmayaraq,  onlar da ciddi məğlubiyyətlərə uğrayıblar. Fransızlar böyük bir təhlükə olaraq gördükləri bu qadınların çoxunu öldürüblər. Dahomeyanın qorxmaz qadın döyüşçülərinin cəsarəti hətta düşmənləri tərəfindən də yüksək qiymətləndirilib. Onlar öz cəsarəti və nizam -intizamı ilə seçiliblər. Son qadının 1979 -cu ildə 100 yaşında öldüyü bilinir.

Vüsal Cahanov, “İki sahil”