Şou-biznes aləmində diqqət mərkəzində olan Aras Bulut İynemli və Bige Önal cütlüyünün ayrılma qərarı çaşqınlıq yaradıb.
“İki sahil” xəbər verir ki, altı il sevgili olan aktrisa və həmkarının ayrılıq təklifi Önaldan gəlibmiş.
Önalın evlənmək istəməsi, İynemlinin isə evlilik mövzusunun hələ tez olması barədə fikri onların münasibətini zədələyib. Gözlədiyi evlilik təklifinin gəlmədiyini görən aktrisa ayrılmağa qərar verib.