KÖŞƏ

Vəli İlyasov

Ermənistanın demoqrafiya antirekordu

09 sentyabr 2021 00:57
1242

Və yaxud kələklə gələn küləklə gedər

Düşmən ölkədə əhalinin azalmasının dinamikası sürətlə “yüksəlir.” Ona görə yox ki, ermənilər uşaq istəmirlər. Xeyr, tam əksinə olaraq onlar azərbaycanlılara və türklərə qarşı döyüşəcək çoxlu övlad həsrətindədirlər. Ancaq bu “yüksəlmənin” bir çox başqa səbəbləri var. Birinci səbəb Ermənistanın Azərbaycana, Türkiyəyə, Rusiyaya və Gürcüstana olan ərazi iddialarıdır. Eyni vaxtda dörd dövlətə qarşı çıxmaqdan qorxan ermənilər bunun perspektivini görmür, aldadılıb gətirildikləri bugünkü Ermənistanda daimi qalmaq fikrindən uzaqlaşırlar. İkinci ən təhlükəli səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və həmin əraziləri xarabazara çevirməsidir. Əslində ağlı başında olan bir çox ermənilər I Qarabağ müharibəsində iştirak etmək istəməyərək əvvəlcədən köçüb xarici ölkələrə getmişdilər. O zaman da, II Qarabağ müharibəsində də Ermənistan tərəfdən  döyüşənlərin əksəri pulla tutulmuş xarici muzdlular idi.

2020-ci ilin biabırçı hərbi məğlubiyyətindən sonra Ermənistandan köç daha  intensiv xarakter alıb. Çünki özgənin torpağına bağlana bilməyən ermənilər onu asanlıqla atıb getməyə daim hazırdırlar. Onların əcdadlarının məzarları Azərbaycan torpaqlarında olmadığı üçün bu torpaq onların vətəni deyil. Onların əcdadlarının murdar qəbirləri dünyanın bir çox ölkələrindədir və ona görə də ermənilər köçəri, vətənsiz toplumdurlar. Vətənləri olmadığı üçün məskən saldıqları əraziləri qorumaq, onu müqəddəs tutmaq, uğrunda vuruşub ölmək  fikrində deyillər. Bu səbəbdəndir ki, dediyimiz kimi, I və II Qarabağ müharibələrində gəbərənlərin çoxu xarici muzdlu qatillərdir. Fikir verirsinizsə, dünənə qədər “miatsum”,  “Qarabağ Ermənistandır”, “donuzlarımız Kürdən su içəcək”, “erməni tankları Bakıya gələcək”, “yeni müharibə, yeni ərazilər” deyə sərsəmləyənlər indi cınqırlarını belə çıxarmırlar. Amma bu dediklərindən yalnız biri həyata keçdi. Doğrudan da erməni tankları Bakıya gəldi və Hərbi Qənimətlər Parkında öz yerini tutdu.

Yenidən qayıdaq demoqrafiya məsələsinə. Bu ilin yanvar-avqust aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1352 nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 1,8 dəfə azdır. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisə etdikdə isə bu azalma 2,9 dəfədir.

Ermənistan Statistika Komitəsinin məlumatında qeyd olunur ki, təbii artım dinamikasındakı tendensiyalar açıq şəkildə neqativ istiqamətdə pisləşir. Ermənistan əhalisinin artım dinamikasına ölkə sakinlərinin artan mühacirəti mənfi təsir göstərir. Burada bir fakt var. 2018-ci ilin avqust ayından 2021-ci ilin avqust ayına qədər 104,6 min insan Rusiya vətəndaşlığını qəbul edib.

Xatırladılır ki, təkcə  ötən ilin yanvar-iyun aylarında 30,5 min nəfər erməni Rusiya vətəndaşlığı alıb. Yuxarıda qeyd olunan göstəricilərə görə bu proses açıq şəkildə artır. Keçən ilki rekordun bu il geridə qalacağı tamamilə mümkündür. Aydındır ki, mühacirət prosesi təkcə Rusiya ilə məhdudlaşmır. Köçün coğrafiyası çox genişdir. Üstəlik əsasən gənc ailələr mühacirət edirlər. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasında düzəlməz mənfi nəticələrlə gətirib çıxarır. İş o yerə çatıb ki, uşaq artımına “nail olmaq” üçün erməni kişiləri öz qız-gəlinlərini Rusiyanın bölgədəki sülhməramlılarının ixtiyarına veriblər. Ancaq bunun da xeyiri yoxdur. Çünki kiçik bir dəstə ilə böyük artım əldə etmək mümkün deyil. Üstəlik ermənilər qız-gəlinlərini başqa millətlərlərin nümayəndələrinə verməklə o millətlərin içərisində “əriyirlər.”

Ermənistan tədricən boşalır, ayağı yer tutan ermənilər ölkədən qaçırlar.  “Zvartnos” Hava Limanı, dəmiryol vağzalları, avtovağzallar ölkədən gedənlərlə dolu olur.  Onlar əsasən Rusiyada və digər ölkələrdə bir tikə çörək qazanmağa, yəni iş tapmağa tələsirlər. Bir vaxtlar aldadılıb bura gətirilənlər anlayırlar ki, özgənin torpağına zorla  yiyələnməklə əbədi səadət tapmaq mümkün deyil, yəni elin dediyi kimi, kələklə gələn küləklə gedər.