09 sentyabr 2021 11:31
1260

Çar II Nikolay Ağa Musa Nağıyevi "Neftin Kralı" adlandırırdı

SOCAR bununla bağlı "Telegram" səhifəsində paylaşım edib.

"İki sahil" xəbər verir ki, paylaşımda qeyd olunur ki, Çar II Nikolay neft milyonçusu Ağa Musa Nağıyevi «Neftin Kralı» adlandırırdı. Onu qızıl medal və III dərəcəli Müqəddəs Stanislav ordeni ilə də təltif etmişdi.

Hazırda Ağa Musa Nağıyevin kreslosu Sankt Peterburqda «Ermitaj»da saxlanılır.