“Yüngül əzələ zəifliyi yüksək qan şəkəri səviyyəsinin ilkin simptomu ola bilər”. Rusiyalı endokrinoloq Marina Maksimova belə deyib.
Mütəxəssis bədəndə artıq qlükoza olduğunu göstərən simptomları sadalayıb. Ürək döyüntülərinin artması və tərləmə ən çox görülən əlamətlərdəndir. Həkimin sözlərinə görə, erkən mərhələdə problem özünü yüngül əzələ ağrısı ilə göstərir."Belə hallar çox tez -tez təkrarlanırsa, sinir sistemi də əziyyət çəkir. İnsan həyəcanlı və emosional olaraq qeyri –sabit olur. Baş ağrıları da artır”,-deyə həkim bildirib.
Gecələr tez -tez idrar etmək qan şəkərinin artdığını göstərir. Bu xəstəlik qlükozanın osmotik təsiri ilə əlaqədardır, buna görə damar yatağında maye miqdarı artır.
Ürək -damar sistemi və böyrəklər artıq yüklə işləyir.
Simptomlar arasında ağızda quruluq, acılıq hissi, dəridə yanma, çəki itkisi də var.
Bədəndə tez-tez uyuşma halları sinir sistemi artıq şəkərdən zədələndikdə baş verir.
Nubar Süleymanova, “İki sahil”